90 milyard dollarlıq orqanik bazar
Organik Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (FIBL) və Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Fəaliyyətləri Federasiyası (IFOAM) qlobal orqanik (təbii) məhsul bazarına dair "Orqanik Kənd Təsərrüfatı Dünyası" adlı son hesabatını açıqlayıb.
"Marja" xəbər verir ki, hesabata görə, qlobal orqanik məhsul bazarının həcmi 2016-ci ildə 89,7 milyard dollara çatıb.
Dərc olunan hesabatda, dünyada 178 ölkədə 57,8 milyon hektar sahədə, 2,7 milyon istehsalçının orqanik kənd təsərrüfatı ilə məşğul olduğu bildirilib.
Orqanik kənd təsərrüfatı sahələrinin ölkələr üzrə bölgüsünə baxanda 27,1 milyon hektarla Avusturalya ilk sırada yer alır. Bu ölkənin ardınca 3 milyon hektarla Argentina, 2,3 milyon hektar sahə ilə Çin gəlir.
Bazar Araşdırma Şirkəti Ecovia Intelligence-ə görə qlobal orqanik məhsul bazarı 1999-2006 dövründə 15,2 milyard dollar səviyyəsindən 2016-da 89,7 milyard dollara çatıb.
Araşdırmaya görə, ən böyük orqanik ərzaq bazarı 48 milyard dollar ilə ABŞ-dadır. Almaniyanın orqanik ərzaq məhsulları bazarı 11,7 milyard dollara çatarkən, Fransada 8,2 milyard dollar səviyyəsindədir.
İstehlakçı tələbində artıma paralel olaraq orqanik qida istehsal sahəsi, miqdarı və fermer sayının da artım meylində olduğu qeyd edilib.
Orqanik ərzaq məhsullarına adambaşına ən yüksək xərci çəkən ölkələr siyahısında 337 dollar ilə İsveçrə birinci yerdə gəlir.
Danimarka isə cəmi ərzaq məhsulları bazarında 9,7% ilə ən böyük orqanik bazar payına malik ölkə mövqeyindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























