"Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"
“Kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq”.
Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədri deyib ki, kabel televiziyaları ilə bağlı əhali üçün seçim imkanları çox genişdir: “Azərbaycanda 17 kabel şəbəkəsi, 42 İP TV xidməti göstərən var. Bu, böyük bir seçki imkanıdır və insanlar seçim edəcəklər. Yəni hansı kabel şəbəkəsi çox yaxşı xidmət göstərmirsə, digər kabel şəbəkələrinin xidmətlərindən istifadə edəcəklər. Hesab edirəm ki, bu sahədə ciddi bir problem yoxdur. Kabel şəbəkələri də maraqlıdırlar ki, xidmətləri yüksək səviyyədə olsun və əhali onların xidmətlərindən istifadə etsin. Çünki hər bir abonentin ayrılması kabel şəbəkəsi üçün maddi itkidir”.
MTRŞ sədri bütün dünyada olduğu kimi Azərbaycanda da qanunsuz kabel şəbəkəsi yayımı problemi olduğunu qeyd edib: “İstənilən sahibkar binasında da kabel şəbəkəsi xidməti təşkil edə bilir. Amma mövcud qanunvericiliyə görə, bu sahədə başqalarına xidmət göstərilirsə və vəsait alınırsa, bu, sahibkarlıq fəaliyyətidir. Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur, amma tək MTRŞ bu problemləri həll etmək iqtidarında deyil. Çünki bu məsələdə əhalinin də, müvafiq dövlət qurumlarının da yardımı lazımdır. Sahibkar öz binasında hansısa kabel şəbəkəsi qurur və orada yaşayan sakinlərə təqdim edir, amma Şuranın bundan xəbəri yoxdur. Nə bundan nə sakinlər, nə də digər orqanlar şikayət edir. Biz bu qanunsuz kabel şəbəkəsi yayımını necə öyrənə bilərik? Biz hər bir binanın qarşısına gedib, qapını döyüb bunu insanlardan soruşmalı deyilik. Təbii ki, bu məsələlərdə cəmiyyət fəal olmalıdır”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)










.jpg)






