S&P, Rusiyanın kredit reytinqini qaldırdı
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Rusiyanın kredit reytinqini qaldırdığını bildirib.
"Marja" xəbər verir ki, S&P-dən verilən açıqlamada, Rusiyanın xarici valyutada kredit reytinqinin "BBB-" səviyyəsinə, milli valyutada kredit reytinqinin də "BBB" səviyyəsinə qaldırıldığını, proqnozunun da "sabit" olduğu bildirilib.
Makroiqtisadi siyasətlərin Rusiyanın xarici və maliyyə balansını güclü edəcəyi vurğulanan açıqlamada, eyni zamanda daha sərt sanksiyalara və aşağı əmtəə qiymətlərinə qarşı iqtisadiyyatı da qoruyacağına diqqət çəkilib.
İqtisadi yaxşılaşmanın sürətlənməsi və dəyişkən əmtəə qiymətlərinin dövlət maliyyələşdirməsi üzərindəki təsirinin azalması hallarında Rusiyanın reytinq proqnozunun "pozitiv"ə yüksəldilə bilinəcəyinə yer verilən açıqlamada, digər tərəfdən, geosiyasi proseslər səbəbindən Rusiyanın üzərindəki sanksiyaların daha da artması halında ölkənin reytinq proqnozunun "neqativ"ə salına bilinəcəyi xəbərdarlığı edilib.
S&P, keçən il 1,5 faiz artım qeyd edən Rusiya iqtisadiyyatının bu il 1,8%; gələn il də 1,7 faiz artacağını təxmin edildiyini bildirib.
FİTCH DƏ KREDİT REYTİNQİNİ TƏSDİQ EDİB
Digər bir beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings də Rusiyanın kredit reytinqini təsdiq etdiyini açıqlayıb.
Fitch Ratings-dən verilən açıqlamada, Rusiyanın xarici və yerli valyutada kredit reytinqinin "BBB-" səviyyəsində təsdiq edildiyi, proqnozunun da "pozitiv" olduğu qeyd edilib.
Açıqlamada, "pozitiv" ("müsbət") proqnoz ilə əlaqədar olaraq, iqtisadi siyasətin gücləndiyi və inflyasiyaya qarşı güclü qətiyyətlə hərəkət edildiyi vurğulanıb.
İqtisadi artım potensialını artıran struktur islahatlarının həyata keçirilməsi, güclü monetar və maliyyə siyasətlər ilə makroiqtisadi tarazlığın yaranması vəziyyətində Rusiyanın kredit reytinqinin yüksəldiləcəyinə yer verilən açıqlamada, digər tərəfdən, sanksiyaların artaraq makroiqtisadi tarazlığa mənfi təsir etməsi və ya Rusiyanın beynəlxalq ehtiyatlarının azalması halında ölkənin reytinq proqnozunu "sabit"ə endiriləcəyi qeyd edilib.
Açıqlamada, keçən il 1,5 faiz artan Rusiya iqtisadiyyatının bu il və gələn il orta hesabla 2 faiz artmasının nəzərdə tutulduğu məlumatına da yer verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
41 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























