Goldman: Zəif dolların səbəbi ABŞ deyil
ABŞ-dakı büdcə və tədiyyə balansındakı kəsir dolları ucuzlaşdırır? Yoxsa, Dolların ucuzlaşması daha çox Trump rəhbərliyinin zəif dollar siyasətinin nəticəsidir? "Goldman Sachs Group Inc"ın analitiklərinə görə, vəziyyət heç də elə deyil.
"Marja" xəbər verir ki, Goldman analitiklərinə görə, dolların mühüm valyutalar qarşısında keçən ilki ucuzlaşması, ABŞ-ın siyasətləri və əsas iqtisadi göstəriciləri ilə daha az bağlıdır. Daha təsirli olan - investorların Avropa və Yaponiya kimi digər yerlərdəki yaxşılaşmaya üstünlük vermələridir. İnvestorlar öz vəsaitlərini Dollardan çıxarıb bu ölkələrə yönəldirlər.
Bankın qlobal valyuta və inkişaf edən bazarlar üzrə strateqi Zach Pandl, "Uyğun bir risk mühiti zəif dollar ilə əl-ələ getmək meyli göstərir. Sürətli qlobal inkişaf ABŞ və dollara nisbətən digər iqtisadiyyatları və pullarını önə çıxardı. Bu, dolların zəifləməsinin əsas səbəbidir",- deyib.
Pandl-ın dolların ucuzlaşması ilə əlaqədar olaraq vurğuladığı digər səbəblər:
Qlobal iqtisadi güclənmə ticarət həcmlərini artıraraq, Cənubi Koreya və Malayziya kimi ixracatçı ölkələrin pullarını dəstəkləyir.
Artan əmtəə qiymətləri Çili daxil xammal ixracatçılarını dəstəkləyir.
ABŞ-ın pul siyasətinə paralel olaraq digər ölkələrin də pul siyasətlərini sərtləşdirmələri Dolları ucuzlaşdırır. Goldman-a görə, Avstraliya və İsveç də daxil bəzi ölkələr bu il faiz artıracaqdır. Avropa Mərkəzi Bankı (AMB) da pul siyasətini sərtləşdirməyə yönələcəkdir. Belə olan halda Avstraliya dolları, İsveç frankı və Avro Dollar qarşısında bahalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
37 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















