Gibson markası iflas ilə üz-üzə!
Les Paul ve SG gitaralarının istehsalçısı olan və 1902-ci ildə yaradılmış Gibson markasının iflasın astanasında olduğu bildirilir.
"Marja" xəbər verir ki, 116 il əvvəl Miçiqanda qurulan Gibson şirkətinin gitaraları Karlos Santana, Bob Marley, Slash kimi əfsanə musiqiçilər ilə yanaşı, hər dövrdə bir çox mühüm gitaraçıların seçimləri arasında idi.
Gibson-un maliyyə direktoru Bill Lourens təxminən 6 ay əvvəl, şirkətin 375 milyon dollar məbləğində istiqraz borcunun müddəti çatmamışdan əvvəl işdən çıxmışdır.
"BORCUMUZU 7 İLDƏ ÖDƏYƏ BİLƏRİK"
İllik gəliri 1 milyard dollar olan Gibson-un, həmçinin 145 milyon dollar ətrafında da ödənməmiş bank krediti olduğu və iyulun ortasına qədər bütün borclar üçün maliyyə tapılması lazım olduğu bildirilir.
ABŞ şirkəti Gibson mövcud maliyyə böhranın içindən çıxmaq üçün "Jeffries" adlı bir investisiya bankı ilə razılaşıb. Gibson-un verdiyi açıqlamada yeni plan sayəsində gələn il tarixinin ən yaxşı maliyyə nəticələrini açıqlayacağını və bütün borcları 7 il ərzində ödəmə qabiliyyəti olduğuna diqqət çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























