Enerjidə nəhəng iş birliyi
Rusiyanın enerji şirkəti "Novatek" ilə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" arasında, beynəlxalq neft-qaz layihələrində əməkdaşlığa dair müqavilə imzalanıb.
"Marja" xəbər verir ki, "Novatek"dən verilən açıqlamada, "Saudi Aramco" ilə beynəlxalq qaz layihələrində əməkdaşlığın artırılması, birgə sərmayələr məsələsində tam razılığa gəldikləri qeyd olunub.
Açıqlamada fikirlərinə yer verilən "Novatek"in rəhbəri Leonid Mihelson, Səudiyyə Ərəbistanı ilə qarşılıqlı faydalı strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib.
"Novatek"in qaz və mayeləşdirilmiş qaz (LNG) layihələrinə dair təcrübəsinə işarə edən Mihelson, "Novatek-in strategiyası, beynəlxalq tərəfdaşların iştirakı ilə sürətli bir şəkildə LNG istehsalının artırılmasını nəzərdə tutur. Qaz bazarlarında "Saudi Aramco" kimi qlobal mənada əhəmiyyətli bir şirkətin bu layihələrə göstərdiyi marağı məmnuniyyətlə qarşılayırıq",-ifadələrini istifadə edib.
Rusiyanın ən böyük ikinci və müstəqil ən böyük qaz şirkəti olan "Novatek", son illərdə Yamal LNG layihəsi başda olmaq üzrə investisiyalarını əhəmiyyətli dərəcədə artırıb.
"Saudi Aramco" təxminən 5 trilyon dollarlıq bazar qiymətilə dünyanın ən böyük neft şirkəti mövqeyindədir. "Novatek" isə Rusiyanın ən iri müstəqil qaz istehsalçısıdır.
Bir müddət əvvəl Rusiyanın Birbaşa İnvestisiya Fondunun sədri Kiril Dmitriyev, Rusiya və Çinin investisiya şirkətləri ilə birlikdə "Saudi Aramco"nun özəlləşdirilməsi prosesində iştirak etmək istədiklərini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























