"Tekfen Holding" meyvəçiliyə daxil olur
Türkiyənin "Tekfen Holding" şirkəti meyvə istehsalçısı "Alanar" və ting istehsalçısı "Alara Fidan" şirkətlərini satın alıb.
"Marja" xəbər verir ki, Türkiyənin Rəqabət təşkilatı satınalmanın qanuna uyğun olduğuna qərar verib.
Holdinqə daxil olan "Tekfen Tarımsal Araştırma" şirkəti "Alanar Meyve ve Gıda Üretim Pazarlama A.Ş"nin 90%-ni 48,8 milyon lirəyə satın alıb.
160 MİLYON LİRƏ İNVESTİSİYA PLANI
Tekfen, 2018-2020-ci illər arasında "Alanar"a təxminən 6000 hektar yeni bağ, obyekt, maşın və avadanlıq üçün 160 milyon lirəlik sərmayə qoyacaq.
Baş ofisi Bursada yerləşən "Alanar" şirkəti Bursa ilə bərabər Manisa, Antalya, Ceyhan, Afyon və Ezine-də meyvə istehsalı və ticarəti sahələrində fəaliyyət göstərir. Şirkət məhsullarının 90%-ni ixrac edir və həmçinin e-ticarət satış saytı da var. "Alanar"ın özünə aid bağlarının sahəsi təxminən 3600 hektardır.
Hazırda 3000 ton həcmində olan istehsal gücünun, qoyulan investisiyalar nəticəsində 10 il ərzində 15 min ton səviyyəsinə qaldırılması məqsədi güdülür.
"Alanar", "Tekfen Holdinq"in aktivlərinin 0,7%-i qədər böyüklüyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 9 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























