Azərbaycan sənayesinin qeyri-neft sektorunda sıçrayış!
2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.
Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma sektorunda, 19,1 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalmışdır.
Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2 faiz, hazır metal məmulatlarının istehsalı 81,5 faiz, mebel istehsalı 8,0 faiz artmış, qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 24,8 faiz, geyim istehsalı 52,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,9 faiz, kağız və karton istehsalı 17,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 23,2 faiz, elektrik avadanlıqlarının istehsalı 22,3 faiz, maşın və avadanlıqların istehsalı 29,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 6,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





