Azərbaycanda bankda hesab açmağı asanlaşdıracaq pilot layihəyə başlanıb
“Blokçeyin” olduqca inqilabi texnologiyadır. Azərbaycan Mərkəzi Bankı bu texnologiyanın kommersiya (kriptovalyuta) deyil, informasiya saxlamaq imkanlarından istifadə etməyi planlaşdırır".
“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Sədr qeyd edib ki, Mərkəzi Bank “blokçeyin” texnologiyası ilə bağlı pilot layihəyə başlamışdır:
“Belə ki, bu gün bir şəxs bankda hesab açan zaman bir çox sənədləri təqdim etməlidir. Həmin şəxsdən ikinci, üçüncü bankda hesab açan zaman da eyni sənədlər tələb olunur. Biz “blokçeyin” texnologiyasından istifadə edərək “müştərini tanı” sistemini yaradırıq. Müştəri barədə bütün informasiyalar bu sistemdə toplanacaqdır. İstənilən bank bizim “blokçeyn” texnologiyası əsasında quracağımız sistemə müraciət edəcək və bütün informasiyaları alacaqdır. Bu informasiya əsasında da hesab açılacaqdır. Müştəriyə 5 bankda hesab açmaq üçün 5 sənəd toplusu lazım olmayacaqdır. “Blokçeyin” texnologiyasının daşınar əmlakın, torpağın, daşınmaz əmlakın uçotunun aparılması üçün çox böyük imkanları var”.
"KRİPTOVALYUTALAR ÇOX TƏHLÜKƏLİDİR"
Elman Rüstəmov bildirib ki, Blokçeyn texnologiyasının kommersiya tərəfi - kriptovalyutalar isə çox təhlükəlidir: "Biz dövlət səviyyəsində vətəndaşlara xəbərdarlıq edirik ki, kriptovalyutalar çox təhlükəlidir, yatırdıqları vəsaiti bir anda itirə bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
34 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
38 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)











.jpg)

