Neft qiymətləri üçün ən böyük təhdid
ABŞ-ın neft hasilatının artması, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və tərəfdaşlarının qiymətləri yüksəltmək məqsədilə hasilatlarını azaltmaları səyləri üçün ən böyük təhdid olmaqda davam edir.
Baker Hughes-ın açıqladığı məlumatlara görə, ABŞ-da aktiv qazılan neft quyularının sayı keçən həftə 26 quyu artaraq 791-ə qalxıb. Bu say 2015-ci ilin Aprel ayından bu yana ən yüksək səviyyədir.
Bundan başqa, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlarına görə, ölkənin xam neft hasilatı ötən həftə 10,25 milyon barelə çıxaraq ölkə tarixində ən yüksək səviyyəyə çatıb (rekord) və dünyanın ən böyük ikinci xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanının istehsalını da geridə qoyub.
EIA-nın dərc etdiyi hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı olan Rusiyanı keçəcəyi gözlənilir.
Analitiklər neft qiymətlərinin 50 dollar səviyyələrinə düşə biləcəyini dilə gətirirlər.
"Neft qiymətləri ABŞ-da istehsalın artmasına səbəb olacaq səviyyələrə qalxmışdı. Elə də oldu, ABŞ-da hasilat artır. İndi neft, çox sürətlə bahalaşmasının əvəzini ödəyir. Həmçinin son vaxtlar birjalardakı qeyri-müəyyənlik və dolların bahalaşması neft qiymətlərinə pis təsir edir",- analitiklər bildirir.
Neft ötən həftə təxminən 10% ucuzlaşdıqdan sonra bu gün dolların bir qədər ucuzlaşması ilə əlaqədar olaraq 1% bahalaşıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 63,38 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
14 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























