Milyonçu Brayan Baffinidən uğur qazanmağın 7 sirri
Brayan Baffini 19 yaşında İrlandiyadan ayrılanda cibində cəmi 92 dollar var idi. Hal-hazırda isə o Amerikanın ən qabaqcıl Əmlak Konsultasiya şirkətlərindən biri olan Buffini & Company şirkətinin sahibidir. Baffini Nyu-York Tayms jurnalında çox satılan kitablar siyahısına daxil edilən The Emigrant Edge adlı kitabında Amerikaya gələn immiqrantların paylaşdığı “uğurun 7 sirri”ndən bəhs edir. Üstəlik, bu sirrləri uğur qazanmaq istəyən hər kəs istifadə edə bilər. www.readit.az saytı bu “7 sirri” əziz oxucuları ilə bölüşür.
1. Öyrənməyə can atmaq
Baffininin fikrincə, davamlı inkişaf üçün daxili istək vacib amildir. “Uğurlu insanlar yeni insanlarla tanış olmaq, yeni təcrübələr qazanmaq və həyatın müxtəlif aspektlərini öyrənmək üçün çalışırlar”.
Mən davamlı olaraq nəsə öyrənmək üçün həftədə iki kitab oxuyuram. Ancaq son vaxtlarda məndən daha çox oxuyan iki liderlə tanış oldum. Onlardan biri böyük bir əmlak şirkətinin icraçı direktoru, digəri isə NATO-nun keçmiş baş qərargah rəisidir. Onların hər ikisi güclü kitabsevərlərdir və ömürlərinin sonuna qədər də bu cür qalacaqlar. Çünki onlar davamlı olaraq bölünən və xaosun hökm sürdüyü müasir dünyada hansısa bir məsələdə öz səviyyəsindəki insanlardan daha çox məlumata sahib olanların ön plana çıxacağını bilirlər.
Yeri gəlmişkən, uğur qazanmağın yollarından biri də bir tək şey ilə məşğul olmaqdır. Bununla bağlı sizə Qari Keller və Cay Papasan tərəfindən yazılmış “Bir tək şey” kitabını məsləhət görərdik. Kitabın qısa məzmununu azərbaycan dilində saytımızdan oxuya bilərsiniz.
2. “Nə lazımdırsa, edərəm” düşüncəsi
Baffininin fikrincə, “Həyat iki cür insana: qətiyyətli və həvəsli insanlara yaxşı davranır”. Əlbəttə, uğurlu insanlar da bəzən uğursuzluq yaşayırlar. Ancaq onlar səhvlərindən nəticə çıxarmağa və riskə girməyə davam edirlər. “Sabit fikirlər”ə sahib olan insanlar isə uğursuzluqları öz cəsarətlərini məhv edən fəlakətlər kimi qəbul edirlər.
3. Başqalarından öndə olmaq istəyi
“Bu ölkəyə böyük ümidlərlə gələn hər kəs yaxşı bilir ki, istədikləri şeyləri əldə etmək üçün çox çalışmalıdırlar” deyir Baffini. Bu bizə gənc sahibkar Qari Vaynerçakın münasibətini xatırladır. Belarusiyalı immiqrant Vaynerçak hər kəsdən qabaqda olmağa çalışır. Həftə sonları, səhərin erkən saatlarında və ya gecə saatlarında sosial mediada paylaşımlar edərək, başqaları istirahət edərkən belə işlədiyini göstərir. Əksikliklərinin olduğunu düşünən insanlar itirdikləri vaxtı bərpa etmək üçün həddindən artıq çox işləyirlər.
4. Minnətdarlıq hissi
Günə minnətdarlıq duyduğu 3 şeyi yazaraq başlayan uğurlu bir CEO tanıyıram. Həmçinin Baffini də minnətdarlıq hissi yaradan şeylərin gündəlik siyahısını hazırlamağı tövsiyə edir. Onun fikrincə, “Minnətdarlıq hiss etdiyiniz şeylərə fokuslandıqda, sahib olmadıqlarınıza deyil, sahib olduqlarınıza fokuslanmış olursunuz. Kiçik məsələləri böyütmədikcə, onlar sizi daha az narahat edəcək və digər insanlarla münasibətlərinizə daha az zərər vuracaq.”
5. İnvestisiya etmək üçün cəsarətli olmaq
Baffini milyonçu Uorren Baffetin sözlərindən sitat gətirir: “Özünüzə investisiya qoymaq həyatınızda edə biləcəyiniz ən yaxşı şeydir”. Neçə dəfə “Mənim şirkətim bunun öhdəsindən gələ bilməz” deyə düşünərək hansısa dərsi, fəaliyyəti və ya öyrənmə fürsətini əldən vermisiniz?
Uğurlu insanlar öz sahələrinə daha çox bələd olmaq üçün pul və vaxt sərf etməkdən çəkinmirlər. Çünki, biliyin onlardan alına bilməyəcək yeganə şey olduğunu bilirlər.
6. Səbir
Bu bəndi müasir dövrdə tətbiq etmək xeyli çətindir. İşəgötürənlərin sözlərinə görə, gənc mütəxəssislər hələ layiq olmadıqları rəhbərlik statuslarını tələb edirlər, ancaq gələcək üçün zəngin təcrübə verən az maaşlı işlərdən imtina edirlər.
Baffini səbrin ən əhəmiyyətli bacarıqlardan biri olduğunu qeyd edir. “Qiymətli uğurlar vaxt tələb edir.”
7. Gəldiyiniz yeri sevin
Söhbət etmək imkanım olan bütün immiqrantlar Amerikaya gələndə ciblərində nə qədər pul olduğunu deyirlər. Məsələn, İtaliyadan gələn atamın cibində 20 dollar var idi. “Səs” (The Voice) proqramının prodüseri Mark Barnet isə 200 dolları olduğunu deyir. Baffininin isə 92 dolları var idi. “Uğur qazanan immiqrantlar başladıqları yerə qayıtmaq istəmirlər. Beləliklə, əvvəlki həyatlarını unutmurlar”.
Yuxarıda bəhs olunan 7 sirrin hər biri çox vacib bir fikirlə bağlıdır: Digər insanlar problemləri görür, uğurlu insanlar isə imkanları görürlər.
Siz də çalışın ki, problemləri deyil, imkanları görün və uğur qazanın.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 d. əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
15 d. əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
-
-
55 d. əvvəl
Azərbaycanda ilk "Subway" restoranının hansı ərazidə açılacağı məlum olub
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 saat əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
Ən çox oxunanlar
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan neftnin son qiyməti
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi


















