"Qərar verilərsə, Azərbaycan hasilatı daha da azalda bilər"
Azərbaycanda bu il qaz hasilatının artırılması, neft hasilatının isə azaldılması nəzərdə tutulur. Bunu energetikla naziri Natiq Əliyev “Natural Gas World”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu il qaz hasilatıının 0,8% artırılaraq 29,561 mlrd. kubmetrə çatdılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, ötən ilki 9,9 mlrd. kubmetrlə müqayisədə bu il “Şahdəniz” qaz-kondensat yatağının I mərhələsi çərçivəsində 10 mlrd. kubmetrdən çox qaz hasilatı nəzərdə tutulur.
N.Əliyev həmçinin, neft hasilatının azaldılması ilə bağlı razılıqdan da danışaraq qeyd edib ki, Azərbaycan hasilatın azaldılması öhdəliyinə tam əməl edir və yanvarın 1-dən gündəlik neft hasilatı təxminən 35 min barel azaldılıb. Nazirin sözlərinə görə, buna uyğun olaraq yanvarın 1-20-də ölkədə gündəlik neft hasilatı 789 min barel təşkil edib: “Ötən ilin noyabr ayında isə gündıəlik hasilat 830 min barel olub. Yanvarda neftin qiyməti illik müqayisədə 25 dollar artıb və bu bütün hasilatçıların xeyrinədir. Əgər digər hasilatçılar hasilat səviyyəsini biraz daha azaltmaq barədə qərar versələr Azərbaycan da hasilatı daha da azalda bilər”.
Ötən il Azərbaycanda neft hasilatı 41 mln. ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5% azdır. Ölkənin ümumi neft hasilatının 75,6%-i “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılır və bu il bu yataqlar blokundan hasilatın gündəlik 20 min barel azaldılması gözlənilir.
® Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







