20-dən çox xarici universitetin nümayəndəsi Bakıya gəlir - TƏHSİL SƏRGİSİ
10 Fevral tarixində JW Marriott Absheron otelində AzeriStudent şirkətinin təşkil etdiyi təhsil sərgisi keçiriləcək.
Sərgidə iştirak üçün qeydiyyatdan keçərək, dəvətnamə əldə etmək vacibdir. Qeydiyyat üçün http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018/register linkinə keçmək lazımdır.
Təhsil sərgisində “Bir” Tələbə-Könüllü təşkilatının könüllülər qrupu çalışacaq. Builki tədbirdə 20-dən çox xarici universitetin nümayəndəsi iştirak edəcək. Sərgiyə gələn ziyarətçilər özlərinə, övladlarına uyğun təhsil ocağı seçib, həmin müəssisənin nümayəndəsi ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran sualları onlara verə biləcəklər. Beləliklə, həm gələcək tələbələr, həm də onların valideynlərinə qaranlıq qalan heç bir məqam olmayacaq.
Sərginin təşkilatçısı olan AzeriStudent şirkəti 10 ildir ki xaricdə təhsillə məşğul olur. Bu müddət ərzində şirkət yüzlərlə tələbənin ABŞ, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya, Birləşmiş Krallığın nüfuzlu təhsil ocaqlarına qəbul olunmasına və orada təhsil almasına yardım göstərmişdir. Şirkətin əməkdaşlıq etdiyi universitetlərin tam siyahısı ilə http://azeristudent.az/schools/higher-education linkinə keçərək, tanış ola bilərsiniz.
"AzeriStudent"şirkətinin fəaliyyətinin əsasında gənclərin istədikləri ölkədə təhsil almalarına köməklik göstərmək durur. Potensial tələbələr şirkətin məsləhətçiləri ilə birlikdə özlərinə tam uyğun təhsil müəssisəsini seçir, sənədlərinin toplanması, qəbulun alınması, viza işləmlərində tam dəstək əldə edirlər. AzeriStudent tələbələrlə onların bütün təhsil müddəti boyunca əlaqədə olur, gənclərin yeni mühitə tam uyğunlaşmasına, yaranan problemlərin aradan qaldırılmasına yardım edir. Bu səbəbdən də valideynlər ürək rahatlığı ilə öz övladlarının gələcəyini AzeriStudentə etibar edirlər.
Bütün bu xidmətləri "AzeriStudent" şirkəti tamamilə ödənişsiz təqdim edir.
Təhsil sərgizi haqda əlavə məlumat: http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018
Website: http://azeristudent.az/
Facebook: https://www.facebook.com/azeristudent.az/?ref=br_rs
İnstagram: https://www.instagram.com/xaricde_tehsil/
Əlaqə telefonları: +99450 291 79 91; +99450 291 79 72; +99450 295 97 76; +99450 512 28 28; +99455 512 28 12; +99412 488 66 78.
Ünvan: Nobel pros. 15, Azure Business Center 20-ci mərtəbə, ofis 135
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 1 saat əvvəl
-
2 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
3 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Ən çox oxunanlar
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

















