Land Rover əfsanəsi sona çatır?
"Brexit" səbəbilə "Jaguar Land Rover" şirkətinin istehsalı azalıb. Bundan başqa, dizel məsələsindəki qeyri-müəyyənlik satışlara mənfi təsir göstərir.
Britaniyanın ən böyük avtomobil istehsalçısı "Jaguar Land Rover", Brexit-in təsiri ilə zəifləyən tələb və dizel avtomobillərə tətbiq edilən vergilərin artırılmasına görə, İngiltərənin şimalında yerləşən Halewood avtomobil zavodunun istehsalını müvəqqəti olaraq azaltmaq qərarı verib.
"Marja" xəbər verir ki, "Jaguar Land Rover"in Böyük Britaniya və Avropadakı satışları 2017-də dəyişməyib, şirkət çətin şərtlərin qarşıdakı dövrdə də davam edəcəyini gözləyir.
"Range Rover" modellərinin də istehsal edildiyi Halewood kompleksində ölkədə istehsal edilən təxminən 1,7 milyon avtomobilin üçdə biri istehsal olunur.
Şirkətdən bildiriblər ki, Brexit məsələsində davam edən qeyri-müəyyənliklər həm ölkə daxilində, həm də Avropadakı müştərilər tərəfindən hiss edildir.
"Jaguar Land Rover"in ümumi istehsalının 90%-ni dizel modellər təşkil edir. Britaniyada aprel ayından etibarən yeni dizel avtomobil alan hər kəsin ödəyəcəyi aksiz vergisi artacaqdır. Bunun "Jaguar Land Rover"ə mənfi təsir edəcəyi gözlənilir.
İngiltərədə yeni avtomobil satışları 2009-dan bu yana ən böyük tənəzzülünü keçən il qeyd edib. Sektoru təmsil edən palata, bu azalmaya, dizel avtomobillərdən alınan vergilərin artırılmasını və Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) qərarının ardından zəifləyən tələbin səbəb olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























