"Bitcoin" 5 səbəbdən "çökə" bilər
Dünyada ən populyar rəqəmsal valyuta olan "bitcoin" ötən ilin sonunda 20 000 dollara qədər bahalaşdıqdan sonra hazırda pik həddən 50% ucuz, 10 500 dollara satılır.
Əgər o vaxt məcmu kriptovalyuta bazarının kapitallaşmasında "bitcoin"in xüsusi çəkisi 85% idisə, hazırda 34%-ə düşüb.
Analitiklər "bitcoin"in perpektivləri ilə bağlı bədbin əhval-ruhiyyədə olduqlarını bildirirlər. Buna 5 səbəb göstərilir:
1) Aşağı sürətli tranzaksiyalar - 1 saniyə ərzində həyata keçirilən əməliyyatların sayının azalması "bitcoin cash" və "bitcoin gold" kimi 2 bölmənin yaranmasına gətirib çıxarıb.
2) Yüksək məbləğdə komisyon haqqı - 2017-ci ilin əvvəlinə qədər "bitcoin"də hər tranzaksiya 1 dollardan baha deyildi. Hazırda isə bu rəqəm tələbin artması ilə əlaqədar 25 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, "Ripple"da komisyon haqqı 0,01 dollardan aşağıdır.
3) Normativ tənzimləmənin sərtləşdirilməsi - Ötən il 20 dəfə bahalaşan "bitcoin"in qiymətinin tənzimlənməsinə ehtiyac yaranıb. Cənubi Koreya və Hindistan kimi ölkələr ona qarşı sərt qadağalar tətbiq edəcəklərini bildiriblər. Bu çağırışlara Çin hökuməti də qatılıb. Analitiklər, mərkəzi bankların kriptovalyuta bazarına nəzarət etmək istəməsi fonunda qiymətlərin kəskin azalmasına gətirib-çıxara biləcəyini düşünürlər.
4) Maynerlər üçün yaranan problemlər. - Çin hökuməti maynerlərlə mübarizə aparacağını açıqlayıb. Qeyd edək ki, dünyadakı kriptovalyuta maynerlərinin 60%-i bu ölkədə yerləşir. Belə bir qadağa tətbiq edilərsə, kriptovalyuta bazarında xaos yarana bilər.
5) Anonimliyin itməsi - Əvvəllər "bitcoin"in cəlbedici xüsusiyyəti onun anonimliyi idisə, hazırda vergi idarələri və tənzimləyici orqanlar treyderlərə təzyiq edərək, onlardan bütün məlumatları tələb edirlər. Bu da "bitcoin"ə tələbi xeyli azalda bilər. "Bitcoin" gələcəkdə yerini "Ripple", "Dash" və "NEM"ə verə bilər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























