Şərab və spirtli içkilər istehsalçıları təşviq alınmasında birincidir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarına əsasən ixrac təşviqi şamil olunan qeyrineft məhsullarına 2017-ci il ərzində ixrac təşviqi ödənilmişdir.
“Marja” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2017-ci il ərzində (19 dekabr 2017-ci il tarixinə kimi) qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqi alınması üçün İqtisadiyyat Nazirliyinə 465 müraciət daxil olmuşdur.
Həmin müraciətlərlə bağlı 439 məktub-sərəncam verilmişdir. Ümumilikdə ixrac olunan 27 milyon 755 min ABŞ dolları dəyərindəki mala görə ixracatçılara 2 milyon 683 min manat məbləğində ixrac təşviqi ödənilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
İxrac təşviqinin əsas hissəsi (61.5%) üzüm şərabları və digər spirtli içkilərinin ixracına görə ödənilmişdir.
Həmçinin konserv məhsulları, şirələr, mürəbbələr, souslar ixracına görə 546.8 min manat (20.4%), pambıq ipliyindən hazırlanan məmulatlara görə 336.7 min manat (12.6%), təzə xurma və təzə nar ixracına görə isə 77.6 min manat (2.9%) ixrac təşviqi ödənilmişdir.
İxrac təşviqi alan sahibkarlar Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Tacikistan, Polşa, İraq, Yunanıstan, Kanada, CəbubiKoreya və digər ölkələrə mal ixrac etmişlər.
Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





