Apple ABŞ iqtisadiyyatına 350 milyard dollar kömək edəcək
ABŞ-ın texnologiya nəhəngi Apple, gələcək 5 ildə Amerika iqtisadiyyatına 350 milyard dollar töhfə verəcəyini bildirib.
"Marja" xəbər verir ki, dünyanın bazar dəyəri ən yüksək şirkəti olan Apple-dən verilən açıqlamada, şirkətin məşğulluq, xərc və investisiya planları sayəsində gələcək 5 ildə ABŞ iqtisadiyyatına birbaşa 350 milyard dolların üzərində dəstək verəcəyi bildirilib.
Açıqlamada, şirkətin, amerikalı tədarükçülərə və istehsalçılara ödənişlərinin və yeni investisiyaların bu il 55 milyard dollar olacağı qeyd edilib.
Gələcək 5 ildə Apple-ın edəcəyi sərmayənin 30 milyard dollar olacağı məlumatına yer verilən açıqlamada, şirkətin ABŞ-dakı məlumat mərkəzlərinə 10 milyard dollar, "İnkişaf Etmiş Emal" adlı fonda da 5 milyard dollar verəcəyi qeyd edilib.
Həmçinin açıqlamada, Apple-ın ABŞ xaricindəki gəlirlərinin bir hissəsini ölkəyə gətirməsi çərçivəsində Amerika hökumətinə təxminən 38 milyard dollar vergi ödəyəcəyi məlumatı verilib.
Açıqlamada, şirkətin gələcək 5 ildə Amerika iqtisadiyyatında 20 min nəfərlik yeni məşğulluq yaradacağı bildirilib.
Şirkətin hazırda ABŞ-ın 50 ştatında cəmi 84 min işçisinin olduğunun qeyd edildiyi açıqlamada, Apple-ın ölkə daxilində təxminən 9 min tədarükçü şirkətlə çalışdığı bildirilib.
Açıqlamada, şirkətin ABŞ daxilində texnologiya və proqramlaşdırma təhsillərinə də dəstək verməyə davam edəcəyinə diqqət çəkilərkən, Apple-ın əməliyyat sistemi iOS və uyğun proqramların 2017-də ABŞ iqtisadiyyatında 1,6 milyon nəfərlik məşğulluq və 5 milyard dollarlıq gəlir yaratdığı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























