Müştərilər yüklərini ala bilmirlər - GÖMRÜK CAVAB VERMİR
Xəbər verdiyimiz kimi, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir. Bu barədə həmin şirkətlərin müştəriləri məlumat veriblər.
Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən "Camex" şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.
Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır: "Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər".
Həmin şirkətdən bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.
Digər bir məlumata görə, "Comex" və "Barami" kimi yerli daşıyıcıların gömrükdə çətinlikləri yaranıb. Dövlət Gömrük Komitəsinin bu şirkətlərə fəaliyyətləri və statusları ilə bağlı bir neçə sualları var. Daşımlar ilə məşğul olan beynəlxalq şirkətlərdə heç bir problem yoxdur.
Qeyd edək ki, məsələ ilə bağlı DGK sorğulara cavab vermir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
58 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)









