Nazirlik lampaların zəmanətli istismar müddətlərini açıqladı - VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
Məumdur ki, istehlak bazarında satılan elektrik lampalarının əksəriyyəti keyfiyyətsizdir, texniki xarakteristikalarına uyğun gəlmirlər, idxal və ticarət standartlarına cavab vermirlər. Eləcə də ticarət müəssisələri belə zay məhsullara görə məsuliyyət daşımırlar.
"Marja" xəbər verir ki, iki orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi problemə münasibət bildirib.
İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Samir Vəliyev bildirib:
“Texniki normativ hüquqi aktlara əsasən, istehsalçı tərəfindən müəyyən olunmuş texniki tələblərə və istismar qaydalarına əməl olunmaqla satış tarixindən etibarən közərmə lampalarının zəmanətli istismar müddəti (QOST 2239-79) 3 ay, lüminessensiya lampalarının zəmanətli istismar müddəti (QOST 6825-91) 7 ay, işıq-diodlu lampaların normallaşdırılmış xidmət müddəti isə 6000 saat (QOST R 54815-2011) nəzərdə tutulmuşdur.
Məlumat üçün bildiririk ki, təsərrüfat subyektləri tərəfindən ticarət və xidmət qaydaları ilə bağlı mövcud qanunvericiliyin pozulması faktları ilə rastlaşan vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər”.
Dövlət komitəsinin sədr müavini Niyazi Rəhimov isə istehlakçıların hüquqlarının qanunvericiliklə qorunduğunu və mövcud standartlar olduğunu qeyd edib: “Közərmə, lüminessent və led lampalarına olan texniki şərtlər, istismar və təhlükəsizlik tələbləri QOST 31998.1-2012, QOST 2239-79, QOST 28711-90, QOST 31999-2012, QOST İES 61195-2012, İES 60901-2011, İES 60081-99, İES 62612-2009, İES 62560-2011 standartları ilə tənzimlənir. Standartlarda lampaların istehsalçıları tərəfindən zəmanətin verilməsi tələbləri mövcuddur”
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu xatırladan komitə bu sahədə fəaliyyətin beynəlxalq standartlar və təcrübə əsasında qurulacağını vurğulayıb: “Texniki tənzimləmə haqqında” qanun layihəsi, o cümlədən milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, həmçinin Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar istinad edilmiş standartların qəbulu məqsədilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” layihəsi işlənib hazırlanaraq Prezident Administrasiyasına təqdim edilmişdir. Həmin layihədə aşağı gərginlikli elektrik avadanlıqları üzrə milli texniki reqlamentin hazırlanaraq təsdiq edilməsi ilə bağlı bənd də nəzərdə tutulmuşdur.
Bununla yanaşı, istər kütləvi informasiya vasitələrindən, istərsə də istehlakçılardan elektrik lampalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı konkret faktlar mövcud olarsa, qanunvericiliyin tələblərinə əsasən komitə müvafiq tədbirlər həyata keçirmək səlahiyyətinə malikdir. Bu məqsədlə istehlakçıların şikayətlərini qəbul edən 963 nömrəli çağrı mərkəzi də xidmət göstərir”.
Vətəndaşların nəzərinə çatdırırıq ki, belə bir çağrı mərkəzi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində də mövcuddur. Bu və ya digər hallarla bağlı istehlak bazarında problemlərlə üzləşdikdə 195-2 nömrəli telefonla, yaxud xidmətin rəsmi internet saytındakı xüsusi bölmədən bu orqana müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)



