“Azərbaycan Sənaye Korporasiyası” 18 şirkətin əmlakını qiymətləndirəcək şirkətlər axtarır
“Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədilə açıq tender elan edib.
Tender 5 lot üzrə keçirilir.
Lot-1. Aşağıda qeyd olunan 6 (altı) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:
1. Aqroinvestkom MMC
2. “İnter Tobakko” MMC
3. “Şəki-İpək” ASC
4. “Şəki Aqro İndastriz”MMC
5. “Kainat”ASC
6.“Pərvanə” MMC
Lot-2. Aşağıda qeyd olunan 5 (beş) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:
1. “BOT” MMC
2. “İnter Textile” ASC
3. “Mingəçevir İzolit” ASC
4. “Şəki Kərpic” MMC
5. “Azəralüminium” ASC
Lot-3. Aşağıda qeyd olunan 4 (dörd) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:
1. “Bakı Glass” MMC
2. “Ceneral Konstrakşn” MMC
3. “Steel Structures” MMC
4. “İnter Peşəkar İdman Klubu” MMC
Lot-4. Aşağıda qeyd olunan 1 (bir) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:
1. “CTS Agro” MMC
Lot-5. Aşağıda qeyd olunan 2 (iki) şirkətin əmlakının qiymətləndirilməsi:
1. “Det-Al Alüminium” MMC
2.“Det-Al Metal D “ MCC şirkətinin
Azərbaycan Respublikasındakı nümayəndəliyi.
Tenderdə hər bir lot üçün iştirak haqqı 30 (üç yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin əsas şərtlər toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin aşağı-dakı manat hesabına 300 (üç yüz) manat məbləğdə vəsait ödəmək tələb olunur.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 26 fevral 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40 C nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 27 fevral 2018-ci il saat 16.00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C nömrəli ünvanda açılacaqdır. Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Fərhad Ələkbərovla (tel: +99455 2270407) əlaqə saxlamaq olar
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat sonra
-
-
4 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
5 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















