7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib - İCLAS
28 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının bu il üzrə yekun iclası keçirilmişdir.
MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, ilk növbədə, “MİDA” MMC-nin direktorunun ötən il ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilmişdir.
Qeyd olunub ki, MİDA-nın birinci layihəsi olan və 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Belə ki, 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılmış, tamamlama-bəzək işləri davam etdirilməkdədir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.
Bununla yanaşı, məlumat verildi ki, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.
MMC-nin direktoru bildirib ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəfləri rəhbər tutaraq dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olunmuşdur. Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunmuşdur. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.
Hesabat çıxışında vurğulandı ki, 2017-ci ilin daha bir önəmli nailiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinin başlanmasıdır. Belə ki, 24 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən bu Kompleksin ilk 7 mərtəbəli binasının təməli qoyulmuşdur. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində 3002 mənzilin inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.
İclas çərçivəsində, həmçinin, “MİDA” MMC-nin 2018-ci il üçün perspektiv inkişaf strategiyası müzakirə edildi, Cəmiyyətin Daxili audit şöbəsinin hesabatı dinlənildi, habelə “Güzəştli mənzil” elektron sisteminin səmərəliliyinin artırılması və yeni satış modulunun istifadəyə verilməsi məqsədilə müvafiq təlimatlar və digər aidiyyəti sənədlər təsdiq olundu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















.jpg)
