Məhdudiyyətlər 1 ilədək tətbiq ediləcək - QANUN DƏYİŞDİRİLİR
Könüllü restrukturizasiya zamanı məhdudiyyətlər 1 ilədək davam edə bilər.
"Banklar haqqında" qanuna dəyişiklik layihəsi hazırlanıb.
Qanunun 57-11.6-cı maddəsində üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözlərinin çıxarılması təklif olunur. Belə ki, hazırda qüvvədə olan maddəyə əsasən öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.
Bundan başqa, qanunun 57-11.6-cı maddəsinə “Hər bir müraciət üzrə uzadılma 180 gün müddətdən artıq ola bilməz” və “Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur” məzmununda dördüncü və beşinci cümlələr əlavə edilir.
Başqa sözlə, öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün müəyyən olunmuş bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə hazırda qüvvədə olan qaydaya görə 90 gün deyil, 180 gün müddətinədək uzadıla bilər.
Həmçinin, layihəyə əsasən bu qanunun I maddəsi bu Qanunun qüvvəyə mindiyi tarixdən başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.
Qüvvədə olan Qanundan çıxarış:
57-11.6. Restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı
bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş
müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında
məhkəmənin qərarı (bundan sonra - bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə
qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü
restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu
Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu
müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış
müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.
Məhdudiyyətlər:
57-11.8. Bu Qanunun 57-11.6-cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin könüllü
restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank aşağıdakı hüquqlara
malikdir:
57-11.8.1. alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının
özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini, bank üçün hər hansı
risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini
təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq;
57-11.8.2. bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən
öhdəliklərinin icrasını dayandırmaq.
57-11.21. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin
restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması
barədə qərar qəbul edə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
-
14 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
47 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub























