AccessBank məsafələri aşaraq uşaqları sevindirdi!
Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil. Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etməkdən gözəl nə ola bilər?
Yarandığı tarixdən etibarən sosial layihələrə xüsusi önəm verən AccessBank, Yeni il ərəfəsində ucqar bölgələrdə yaşayan azyaşlılara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə bu dəfə "ASAN məktub”layihəsinə dəstək verdi.
Layihə çərçivəsində, AccessBank-ın əməkdaşları Lənkəranın Boladi kəndinə səfər etdi. Səfərin məqsədi Boladi kəndində yaşayan uşaqlarınwww.asanmektub.az portalına ünvanladığı məktublardakı arzularının reallaşdırılması idi. Yeni il ərəfəsində həyata keçirilən səfərdə uşaqların Şaxta Babaya ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırıldı. Boladi kənd məktəbində həyətində toplaşan 200-dən çox uşaq üçün musiqili-əyləncəli tədbir keçirildi. Daha sonra Şaxta Baba uşaqları çağıraraq onların yazdıqları məktubdakı hədiyyələri onlara təqdim etdi. Uşaqların istəklərinə uyğun isti geyimlər, gödəkçələr, ayaqqabılar,toplar, oyuncaqlar, şam ağacı, velosiped, müxtəlif məktəb ləvazimatları, çanta, kitab və s. hədiyyə olundu. Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılandı, uşaqlar şeir söylədilər və mahnılar ifa etdilər.
AccessBank-ın həyata keçirdiyi bu layihə uşaqların ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir və bank bundan sonra bu tipli sosial layihələr həyata keçirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində






















