Palata və Xüsusi Dövlət Mühafizə Xidməti anlaşdı
Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması, İnformasiya Texnologiyaları təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının İT təhlükəsizliyi sahəsində bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (Agentlik) arasında Anlaşma Memorandumu imzalandı.
Memorandumu Palatanın Baş icraçı direktoru İbrahim Alışov və Agentliyin rəis müavini Azər Əhədov imzalayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Palatanın Baş icraçı direktoru İ. Alışov bildirdi ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planına əsasən, Agentlik tərəfindən İT təhlükəsizliyi sahəsində Palataya texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də E-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur.
İ. Alışov qeyd etdi ki, sadalanan istiqamətlər üzrə birgə əməkdaşlıq sayəsində maliyyə bazarlarının iştirakçıları yarana biləcək təhlükələrdən daim mühafizə olunacaq, bunun da nəticəsində vətəndaşlar təhlükəsiz maliyyə xidmətlərindən faydalana biləcəklər.
Palata ilə əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən A. Əhədov bildirdi ki, bu əməkdaşlıq Palataya, onun nəzarət subyektlərinin hər birinə faydalı olacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirməklə və bu sahədə uzun illər ərzində əldə edilən təcrübəni bölüşməklə qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkün olacaqdır.
A. Əhədovun sözlərinə görə, Memorandum çərçivəsində Palata və onun nəzarət subyektləri xüsusi interaktiv xidmət portalına qoşulmaqla informasiya təhlükəsizliyi sahəsində müvafiq istiqamətlər üzrə tələb olunan vacib məlumatları əldə edəcək, təhlükələr barədə xəbərdar olunacaq, informasiya təhlükəsizliyi kitabxanası və “İnformasiya Təhlükəsizliyi” jurnalının xidmətlərindən yararlana biləcəklər.
Bundan əlavə, Agentlik tərəfindən digər dövlət orqanlarına göstərilən təhlükəsiz İnternet, DNS, Hosting, E-poçt, həmçinin istifadəçilərin təhlükəsizliyi üçün antivirus həlləri kimi xidmətlər Palata və onun nəzarət strukturlarına təklif ediləcəkdir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
2 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























