Naxçıvan Avtomobil Zavodu yenidən işə düşə bilmir
2017-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul, yanvar-sentyabr, yanvar-oktyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 4 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 120 ədəd təşkil edib. 01.11.2017-ci il tarixində hazır məhsul ehtiyatı 123 ədəd idi. 3 ədəd avtomobil Ali Məclis tərəfindən alınaraq əlillərə hədiyyə olunub.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda da zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ilin yanvar-noyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 1 317 | 130,0 | 4 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 3 020 | 2,1d | 461 |
Yük avtomobilləri, ədəd | 71 | 1,0 | 2 |
Minik avtomobilləri, ədəd | 30 | 11,1 | 120 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 3 | 2,1 | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
14 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb





.jpg)









.jpg)





