Oğuz rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb
Dekabrın 6-da alınmış məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilmişdir.
Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilmişdir. Lakin “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmamış və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşmışlar.
Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilmiş və dekabrın 7-də “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində olan İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunmuşdur.
İlkin araşdırma nəticəsində Vüqar Ziliyev və Gündüz Qurbanov həmin atı Oğuz rayonun Filfilli kənd sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakı şəhərində satılması məqsədi ilə kəsdiklərini bildirmişlər.
“VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozan və qanunsuz at kəsimi ilə məşğul olanlar-İsmayıllı rayon sakinləri Vüqar Təşkilat oğlu Ziliyev və Gündüz Əbülfəz oğlu Qurbanov barəsində akt yazılaraq inzibati protokol tərtib edilmişdir.
Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)









