Bank Silk Way yeni milli ödəmə sistemini işə salacaq
"Bu ilin sonunadək SW PAY yeni milli ödəmə sistemini tətbiq etməyi planlaşdırırıq".
"Marja" xəbər verir ki, bunu Bank Silk Way-ın Müşahidə Şurasının sədri Elçin Əhmədov deyib.
"Sistemin əsas üstünlüyü, ondan mobil tətbiq formatında və dünyanın istənilən nöqtəsində istifadə etmək imkanı ilə bağlıdır. Hazırda İnternet bankçılıq və mobil bankçılıq üzrə elektron tətbiqləri müasirləşdirmək istiqamətində tədbirlər görülür",- o deyib.
Elçin Əhmədov, Bank SW tərəfindən pərakəndə müştərilərə tətbiq olunacaq digər yenilikləri də açıqlayıb:
-1 dekabr 2017-dən 1 mart 2018-dək Visa Gold Miles və Visa Platinum Miles alışı üçün endirim kampaniyası tətbiq ediləcək.
Həmçinin, 2018-ci ilin əvvəlindən MasterCard Black Edition Miles premium kartı buraxmaq planlaşdırılır. Belə ki, Premium kartın sahibi yuxarıda qeyd olunan kartların sahiblərinə nisbətən daha çox üstünlüklər əldə edəcəklər:
- kartdan ilkin istifadə zamanı müştərinin balansına əlavə 500 mil daxil ediləcək;
- MasterCard şirkətinə məxsus olan və bir çox ölkələrin paytaxt və iri şəhərlərində hava limanlarında fəaliyyət göstərən MasterCard Lounge zallarından pulsuz istifadə imkanı;
- LoungeKey – 600-dən çox beynəlxalq hava limanında birinci dərəcəli və VIP kateqoriyalı zallardan istifadə imkanı;
- MC Concierge – kart sahibinə xaricdə olarkən otellərin bronlanması, qapalı şənliklərə və klublara, yaradıcılıq gecələrinə və film premyeralarına, moda butiklərinə giriş məqsədilə 365/24/7 rejimində kömək üçün müraciət etmək və bir sıra digər imkanlar təmin edən fərdi yardım xidməti;
- Travel Assistance xidməti – səfər etdikləri ölkə haqqında ətraflı məlumat, viza və digər hüquqi yardımlar, valyuta məzənnələri haqqında məlumat, itirilmiş baqajı tapmağa və qaytarmağa kömək və digər xidmətlər;
- Duty free və SW Club endirim kartını hədiyyə kimi əldə etmək;
- Xaricə səyahət edənlər üçün illik sığorta vəsiqəsi (Şengen zonası).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)












