Manat əmanətlərinin faizi aşağı düşür
Xəbər verdiyimiz kimi, Azərbaycan bankları əhalidən cəlb edilən əmanətlərə təklif olunan faizləri aşağı salmağa başlayıblar. Əksər banklarda manat əmanətinə təklif edilən ilik qazanc faizi 10%-ə və ya daha aşağı düşüb.
“Marja”nın apardığı araşdırma nəticəsində məlum oldu ki, yüksək faizlə (1 il müddətinə, 13% və daha yüksək faiz təklif edənlər) əmanət qəbul edən bir neçə bank qalıb. Həmin banklar, TuranBank, AtaBank, Dəmir Bank, MuğanBank, AGBank, AccessBank, NBC Bank və Bank Avrasiya-dır. Bu banklarda 1 il müddətinə, faizin götürülməsi şərtindən (aylıq, rüblük və ya müddətin sonunda) asılı olaraq 13-16,5%-lə əmanət yerləşdirə bilərsiniz. Qeyd edək ki, manat əmanətlərində sığorta faizi 15% təşkil edir.
“Marja”nın əldə etdiyi məlumata görə, gələn ildən yüksək faizin olduğu bankların da faizləri aşağı salacağı gözlənilir. Bəlkə də, Dekabr ayı yüksək faizlə bankda əmanət yerləşdirmək üçün son aydır.
Yüksək əmanət faizlərinin olduğu bankların təklif etdiyi imkanlar fərqlidir. Bir bank əmanət yerləşdirənə hədiyyə verərkən, digər bank faiz qazancını əmanət yerləşdirən gün götürməyi təklif edir və s.
06 Dekabr 2017-ci il tarixinə, 12 ay müddətinə, faizlərin götürülməsi şərtindən asılı olaraq faiz dərəcələri aşağıdakı kimidir. (Qeyd edək ki, banklar 13-36 ay müddətinə yerləşdirilən əmanələrə görə nisbətən yüksək faizlər təklif edirlər.)
Bankı adı | 12 ay üçün faiz dərəcəsi |
Access Bank | 12,3-13% |
AFB Bank | 7% |
AGBank | 13-14% |
Amrahbank | 9-10% |
AtaBank | 15% |
Azər Türk Bank | 10,5-11% |
Azərbaycan Beynəlxalq Bankı | 9-10% |
Azərbaycan Sənaye Bankı | 12% |
Bank Avrasiya | 13% |
Bank of Baku | 12% |
Bank BTB | 11-12% |
Bank Respublika | 7-8% |
Bank Silk Way | 2% |
Bank VTB (Azərbaycan) | 11,4-12% |
DəmirBank | 13-15% |
Expressbank | 10-10,4% |
Günay Bank | 12% |
Kapital Bank | 8-8,5% |
Muğanbank | 15% |
Naxçıvanbank | 2-4% |
NBCBank | 13-14% |
Paşa Bank | Min 30 min, Razılaşma ilə, |
Rabitəbank | 8-9% |
TuranBank | 16-16,5% |
Unibank | 9-10% |
Xalq Bank | 6% |
Yapı Kredi Bank Azərbaycan | 11% |
Ziraat Bank Azərbaycan | 9% |
Banklar əhalidən cəlb etdikləri vəsaitləri sata bilmədikləri, yəni, kredit götürənlər azaldığından yüksək faizlə əmanət cəlb etməkdə maraqlı deyillər. Digər tərəfdən, fiziki və hüquqi şəxslərə bank hesablarından nağd vəsaitin çıxarılmasına məhdudiyyətlər tətbiq edildiyindən banklarda böyük məbləğdə vəsait yığılıb. Bu gün həmin vəsitlərin çoxu qısamüddətli olsa da, iqtisadiyyata ötürülə bilnmir. Banklar həmin vəsitlərin bir hissəsi ilə depozit və not hərraclarında iştirak edir, dövlət istiqrazları alırlar. Bu şəkildə vəsaitlər yerləşdirilərək qazanc götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. sonra
-
-
13 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
15 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
15 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
16 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)









.jpg)







