Ən böyük market şəbəkəsi filial sayını artırır – SAYI 500 OLDU
500-CÜ OBA MARKET MÜŞTƏRİLƏRİN İSTİFADƏSİNƏ VERİLDİ
"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə fəaliyyət göstərən OBA marketlər şəbəkəsinin filiallarının sayı sürətlə artmaqda davam edir.
"Marja" xəbər verir ki, 27.11.2017-ci il tarixində ölkə üzrə ən çox filial sayına malik olan OBA marketlər şəbəkəsi 500-cü marketini Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 25 A ünvanında açıb.
Əhatə dairəsini daim genişləndirməyi əsas hədəf seçən OBA marketlər şəbəkəsi təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də - Sumqayıt, Lənkaran, Astara, Masallı, Cəlilabad, Salyan, Neftçala, Şirvan, İmişli, Biləsuvar, Gəncə, Tovuz, Şəmkir, Ağstafada, Xaçmaz, Quba, Saatlı, Samux, Gədəbəy, Qusar və digər rayon və şəhərlərimizdə də fəaliyət göstərir.
Azərbaycanda ilk dəfə hard-discount (kəskin endirim) modelini tətbiq edən OBA marketlər şəbəkəsi məhsulların yüksək keyfiyyəti və münasib qiymətləri ilə alıcıların rəğbətini qazandı. OBA marketin sürətlə inkişafının əsas səbəbi də müştəri məmnuniyyəti, məhsulların keyfiyyəti və ən ucuz qiymət təklifidir.
OBA marketlər şəbəsində satılan məshsulların qiymətinin ucuz olmasının əsas səbəbi məhsulların istehsalçıdan birbaşa istehlakçıya arada heç bir vasitə olmadan çatdırılmasıdır. Şəbəkə yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyətinə hər zaman diqqət edir, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir.
Məlumat üçün bildirək ki, ilk OBA market 11.03.2016-cı il tarixində, 300-cü OBA market 22.04.2017 tarixində, 500-cü marketi isə bugün istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır





















