İdxal edilən tikinti materiallarına tətbiq ediləcək yeni gömrük rüsumları məlum olub
 
 Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən əsas tikinti materiallarına tətbiq ediləcək yeni idxal gömrük rüsumları məlum olub.
  
 Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
  
 Gələn ildən mərmər və travertin, və ya əhəngli tuf daşı (emal edilməmiş və ya qaba xırdalanmış - mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş), qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Gələn il yanvarın 1-dən təbii qrafit, silisiumlu qum və kvarslı qum,  kvars və kvarsit, kaolin və digər kaolin gilləri, əhəng flüsu (əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş), sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50  faiz idxal gömrük rüsumu ləğv ediləcək. Gələn ildən şist, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, və ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış), gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Pemza və sumbata, təbii korund, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faiz idxal gömrük rüsumu da ləğv edilib. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarın 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
  
 Bir sıra tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişməyib. Ekaussin və abidə və ya tikinti üçün digər əhəng daşlar (alebastr), abidə və ya tikinti üçün digər daş, xırda çay daşı, çınqıl, qırma daş, əhəngdaşı, dolomit və tərkibində əhəng olan digər daşlar, sındırılmış və ya xırdalanmış və asbest üçün tətbiq edilən 15 faiz, dolomitli doldurma qarışığı üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.
  
 Yeni qərara əsasən, sement klinkerlər, giltorpaqlı sement, hidravlik sement, süni boyanmış və ya boyanmamış ağ sementə 1 noyabr 2018-ci ildən 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək. Gələn il yanvarın 1-ə qədər isə bu malların 1 kiloqramına 0,07 dollar gömrük idxal rüsumunun tətbiq edilməsi qüvvədə olacaq.
  
 Rəndələnmə, cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, bitişdirilmiş və ya bitişdirilməmiş, 6 mm -dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üzçəkmək üçün (laylı oduncağın bölünməsi ilə əldə edilən də daxil olmaqla), yapışqan vasitəsil ə hazırlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materiallarının idxalına tətbiq edilən idxal gömrük rüsumu 10 faizdən 5 faizə endirilib. Gələn ildən ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr üçün isə idxal gömrük rüsumu 10 faizdən 15 faizə qaldırılacaq.
©APA
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 d. əvvəl
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 17 d. əvvəl
- 
                     30 d. əvvəl
                    Ötən il ixracı sıfır səviyyədə olan 3 şirkət bu il ilk 10-luğa daxil olub 
- 52 d. əvvəl
- 
                     1 saat əvvəl
                    Azərkosmos-un peyk telekommunikasiya xidmətləri ixracından gəliri açıqlandı 
- 
                     1 saat əvvəl
                    Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi 
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib 
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                    Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
 
                                Türkiyə turizmdə rekord gəlir əldə edib
 
                                İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib
Ən çox oxunanlar
 
                                Noyabrın 1-də gözlənilən hava şəraiti
 
                                İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
 
                                Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub - Qeyri-neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər
 
                                Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq - Dövlət Agentliyi məktublar göndərib
 
                                Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
 
                                Türkiyənin xarici ticarət kəsiri sürətlə artıb
 
                                
 
                         
                    







 
                             
                             
                            .jpg)






 
                                     
                                     
                                     
                                     
                                    



.jpg)
