Dollar ilə bağlı kritik məlumat açıqlandı
ABŞ-da inflyasiya Oktyabrda gözləntilərə paralel artıb. Baza inflyasiya apreldən bəri ən yüksək səviyyədə baş tutub.
Maraqla gözlənilən ABŞ-da inflyasiya və pərakəndə satış rəqəmləri açıqlandı.
"Marja" xəbər verir ki, ABŞ-da Oktyabrda inflyasiya illik 2% artıb. Proqnoz 2%, əvvəlki rəqəm isə 2,2% idi.
Aylıq müqayisədə isə Oktyabrda inflyasiya 0,1% artıb. Proqnoz 0,1% idi. Sentyabrda inflyasiya aylıq 0.5 faiz artmışdı.
Baza inflyasiya aylıq 0.2% artıb, illik artım da 1.7%-dən 1.8%-ə yüksəlib. Bu, Apreldən bəri görülən ən yüksək səviyyədir.
İflyasiyadakı artımın Fed-in Dekabrda faiz artırmasına dəstək olacağı bildirilir. Fed-in Dekabrda daha bir dəfə faiz artıraraq bu ili cəmi 3 faiz artırımı ilə tamamlaması gözlənilir.
Enerji qiymətlərindəki 1%-lik geriləmənin əsas inflyasiyaya təzyiq etdiyi ifadə edilir.
Dünən açıqlanan rəqəm də ABŞ-da istehsalçı qiymətlərinin gözləntilərin üzərində gəldiyini göstərmişdi. İllik istehsalçı qiymətləri indeksi 5 ilin ən böyük artımını qeyd etmişdi.
ABŞ-da pərakəndə satışlar aylıq 0.2% artıb. Proqnoz 0,0% idi. Əvvəlki ay pərakəndə satışlar 1.6% artmışdı.
ABŞ-da pərakəndə satışlar Oktyabr ayında aylıq müqayisədə 0.2 faiz ilə proqnozdan sürətli artıb. İqtisadçılar bu göstəricinin dəyişiklik göstərməməsini gözləyirdilər.
Avtomobil xaric pərakəndə satışlar sözügedən dövrdə 0.2 faiz artım göstərməsi gözlənərkən 0.1% artıb.
Sentyabr ayında pərakəndə satışlar 1.6 faiz artımdan 1.9 faiz artıma dəyişdirilib.
Sentyabr ayında 485.419 milyard dollar olan pərakəndə satışlar, Oktyabr ayında 486.553 milyard dollara çıxıb.
Məlumatların açıqlanmasından sonra avro/dollar məzənnəsi çox dəyişməyib və 1.1845-ə bərabər olub (Bakı vaxtı ilə 18:50-yə olan məlumat)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























