Azərbaycan öz “Euronews”unu yaradır
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək kanalın yaradılmasından xəbər verir.
Azərbaycan teleməkanında yenilik hesab olunacaq bu hadisə ilə bağlı kiçik bir araşdırma apardıq.
Əldə etdiyimiz məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən Euronews, CNN, BBC, NTV, Rossiya24, Əl Cəzirə kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub.
Bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq. Əslində ölkədə kifayət qədər yerli telekanallar fəaliyyət göstərir və sual oluna bilərdi ki, belə bir mühitdə hansısa tv kanalının yaradılması zərurəti haradan doğub? Lakin etiraf olunmalıdır ki, Azərbaycan telekanalları yalnız daxili auditoriyaya hesablanıb. Eyni zamanda, yerli TV-lər xəbər üzərində yüklənməyib, daha çox maarifləndirmə və əyləndirmə funksiyalarını yerinə yetirirlər.
Ölkənin indiki televiziyaları ilə hazırda heç bir beynəlxalq informasiya mübarizəsinə qoşulmaq faktiki mümkün deyil.
Baxmayaraq ki, əvvəllər ATV İnternational kimi fəaliyyətə başlayan, sonralar isə CBC kanalı kimi davam edən və xarici dillərdə yayımlanan bir TV kanalımız mövcuddur, lakin bu TV informasiya yaymaqla deyil, daha çox xarici filmlərin nümayişi ilə məşğuldur. Belə olan halda Azərbaycan həqiqətlərinin dünyaya öz dilində çatdırılması, eyni zamanda bölgədə baş verənlərin obyektiv işıqlandırılması, həmçinin dünyanın informasiya resurslarına asan çıxışın əldə edilməsi, bir istinad mənbəyinin yaradılması zərurətə çevrilib.
Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev də jurnalistlərlə keçirdiyi görüşlərdə xaricə çıxışı olan medianın yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu mənada belə bir ideyanın ortaya çıxması dövlət başçısının irəli sürdüyü təkliflərin nəticəsi kimi də görünə bilər.
Məlumatlara görə , yeni TV qeyd etdiyimiz kimi sırf xəbər üzərində köklənmiş, beynəlxalq əhəmiyyətə malik məlumatları bir neçə dildə, əsasən də ingilis və rus dillərində yaymaqla məşğul olacaq. TV –nin ən geci gələn il yayıma buraxılacağı, ən son texniki avadanlıqlarla təmin olunacağı, peşəkar kadrların xidmətindən istifadə olunacağı gözlənilir.
Bu, Azərbaycan jurnalistlərinin və tamaşaçılarının öyrəşdiyi TV kanalı formatında deyil, beynəxalq standartlarla işləyəcək ki, burada da xarici mütəxəssislərin xidmətindən istifadə qaçılmazdır. Məhz belə halda sözügedən TV-nin dünya arenasına çıxışı təmin oluna bilər. Maraq üçün bildirək ki, müsəlman ölkələrində mətbuat kütləvi şəkildə inkişaf etməsə də, Əl Cəzirə kimi nümunələr yaradılıb və dünyanın istinad mənbəsinə çevrilə bilib. Yəni demokratiya və texnikanın inkişaf səviyyəsindən asılı olmayaraq, bu konsepsiya reallaşdırıldığı məkanda özünü doğruldub.
Azərbaycan da öz Əl-Cəzirəsini yaratmaq yolunda artıq ilk addımı atıb. İdeyanın özünü hansı səviyyədə doğruldacağını zaman göstərəcək.
©Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 55 d. əvvəl
-
-
59 d. əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
1 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
1 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Ən çox oxunanlar
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku






















