Natiq Əliyev Vyetnama gedir
Yanvarın 16-da Vyetnamın paytaxtı Hanoyda iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.
İclasda Azərbaycan və Vyetnamın sosial-iqtisadi inkişafı barədə qarşılıqlı məlumatlar diqqətə çatdırılacaq. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığın inkişaf istiqamətləri kimi enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, hüquq və məhkəmə, mədəniyyət, turizm, idman və gənclər sahəsində yeni təkliflər nəzərdən keçiriləcək. Mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müvafiq razılıqların əldə edilməsi məsələlərinə baxılacaq.
Vyetnam tərəfin təqdim etdiyi statistik məlumatlara əsasən, 2016-ci ilin birinci yarısında, Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 51,9 milyon dollar olub. Azəbaycana 4,5 milyon ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib. Həmçinin Azərbaycandan 47,3 milyon ABŞ dolları həcmində idxal əməliyyatları aparılıb. İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır. Qeyd edək ki, 2015-ci ildə Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Vyetnam neft emalı sektorunun genişləndirilməsi və modernləşdirilməsində Azərbaycanın iştirakına, Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənməsinə, neft-qaz sahəsində kadrların hazırlanmasında təcrübənin mənimsənilməsinə, eləcə də xam neft, təbii qaz və neft məhsullarının ticarəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsinə maraq göstərir. Bununla yanaşı, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır. Bütün bu məsələlərin Komissiyanın iclasında müzakirəsi və həmsədrlərin Azərbaycan və Vyetnam arasında Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekun protokolunu imzalaması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
İtalyan keyfiyyəti Azərbaycan tarlalarında: “Prime Leasing” və “Landini” əməkdaşlığında yeni mərhələ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 d. əvvəl
McDonald’s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO
- 14 d. əvvəl
- 39 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
İtalyan keyfiyyəti Azərbaycan tarlalarında: “Prime Leasing” və “Landini” əməkdaşlığında yeni mərhələ
-
2 saat əvvəl
Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo - QEYDİYYAT DAVAM EDİR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Avstraliya Mərkəzi Bankı faizini üçüncü dəfə artırdı
İtalyan keyfiyyəti Azərbaycan tarlalarında: “Prime Leasing” və “Landini” əməkdaşlığında yeni mərhələ
Ən çox oxunanlar
Mərkəzi Bank sabah saat 10:00-da qərarını açıqlayacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 8 GÜN
Rəsmi məzənnələr açıqlandı
BYD -nin ixracında rekord - İxracı 135 min ədədi keçərək tarixində ən yüksək səviyyə qeydə alınıb
Gəncədə zavodda baş verən yanğın tam söndürülüb
"Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub"
Trampdan İrana Hörmüz təhdidi: "Yer üzündən silərik"







.jpg)




.jpg)





