Azərbaycan tütünü Rusiya və Gürcüstan bazarlarına daşınır
Zaqatala tütün emalı zavodu MDB məkanında bənzəri olmayan emal müəssisəsidir
Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün” MMC şimal-qərb bölgəsində 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən cəmiyyət tərəfindən bölgənin rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-ci ildə isə rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu istifadəyə verilib. Hazırda cəmiyyətin Zaqatala, Qax və Şəki rayonlarında Bolqarıstandan alınmış və hər birinin tutumu 10 ton yaş tütün olan 172 tütünqurutma kamerasından ibarət 3 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün tütün emalı zavoduna göndərilir.
Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. Müəssisənin texnoloqu Qalib Qazıyev bildirib ki, məntəqələrdən zavoda daxil olan quru tütün yarpaqları bu avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır, sifarişçilərə göndərilir. Hazırda zavodda 60 daimi işçi çalışır. İşçilərin orta aylıq əmək haqqı 300 manatdan yuxarıdır.
Cəmiyyətin emal məntəqələrində bu günədək 2 min tona yaxın quru tütün istehsal olunub
Respublikamızda tütün yığımının gedişi barədə məlumat verən “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov müsahibəsində bildirib ki, indiyədək Zaqatala məntəqəsi fermerlərdən 5 min tona yaxın, Qax məntəqəsi 4,5 min ton, Şəki məntəqəsi isə 4,3 min ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu məntəqələrdəki tütünqurutma kameralarının hamısı işlək vəziyyətdədir. Gündə məntəqələrin hər birinə qurudulmaq üçün 40-50 ton yaşıl tütün kütləsi daxil olur. Mövsümün əvvəlindən bu günədək hər üç məntəqədə, ümumilikdə, 2 min tona yaxın quru tütün istehsal olunub. Qurudulmuş tütünün 1000 tonu emal zavoduna göndərilib və indiyədək zavodda 500 ton quru tütün emal prosesindən keçib. İstehsal olunan xammal satış üçün hələlik, Rusiya və Gürcüstan bazarlarına göndərilir.
Cəmiyyətin rəsmisi bildirib ki, 2017-ci ildə respublika üzrə quru tütün istehsalının 3 min tona çatacağı proqnozlaşdırılır.
Balakəndə də tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərəcək
Tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayan “Azərtütün” MMC-nin sədr müavini deyib: “Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədi ilə cəmiyyət tərəfindən ilk olaraq Balakən rayonunda tütün qəbulu məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Hənifə kəndində müvafiq yer də ayrılıb. Tütünün qurudulması üçün məntəqədə 60 kamera quraşdırılacaq. Avadanlığın bir hissəsi Bolqarıstandan gətiriləcək. Quraşdırma işləri isə yerli mütəxəssislər tərəfindən yerinə yetiriləcək”.
Balakənli fermerlər artıq gələn ildən məntəqənin xidmətindən yararlana biləcəklər. Növbəti illərdə tələbata uyğun olaraq, digər bölgələrdə də belə tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 53 d. əvvəl
-
-
3 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
3 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
3 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq




















.jpg)
