“Biz də etsəydik, digər banklar kimi ciddi problemlərimiz olardı”
PAŞA Bank kredit portfelinin və müştəri hesablarının valyuta sturukturunu açıqlayıb.
“Marja” xəbər verir ki, Bankın yarımillik audit olunmuş maliyyə nəticələrinin açıqlanması münasibətilə keçirilmiş mətbuat konfransında PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib ki, 30 İyun 2017-ci il tarixinə PAŞA Bank Azərbaycanın məcmu kreditləri 921 milyon manat, müştəri hesabları isə 2 milyard 614 milyon manat təşkil edib.
Kredit portfelinin 50,4%-ni və ya 464 milyon 207 min manatını Azərbaycan manatında, 31,2%-ni və ya 287 milyon 782 min manatını ABŞ dollarında, 18,4%-ni və ya 169 milyon 92 min manatını isə Avroda verilmiş kreditlər təşkil edib.
Müştəri hesablarının 35%-i və ya 912 milyon 950 min manatı Azərbaycan manatında, 46%-i və ya 2 milyard 205 milyon manatı ABŞ dollarında, 19%-i və ya 495 milyon 888 min manatı Avroda, 27 min 640 manatı isə digər valyutalarda olmuşdur.
“PAŞA Bank yerli bazarda valyuta kreditlərinin verilməsində maraqlı deyil. Bu səbəbdən də kredit portfelində valyuta kreditlərinin xüsusi çəkisi daha aşağıdır. Bu bankımızın siyasətidir. Biz bir daha qeyd edirik ki, krediti verən zaman müştərinin gəlirinin formalaşması mənbəsinə baxırıq. Burada əsas məsələ verdiyimiz kreditin geri ödəmə mənbəyinin hansı valyutada olmasıdır. Manatda gəlirlər əldə edən müştəriyə Dollarda kredit vermək risklidir. Əgər biz də müştərinin hansı valyutada gəlir əldə etməsinə baxmadan, valyuta riski götürərək kredit versəydik, digər banklar kimi bizim də ciddi problemlərimiz olardı. Bazardakı ciddi dəyişikliklərə baxmayaraq PAŞA Bank Azərbaycanın gəlirlilik səviyyəsini qoruyub saxlamasının səbəblərindən biri də vaxtında və hazırda da kredit və valyuta risklərinə ehtiyatla yanaşmağımızdır. Biz yerli biznesi dəstəkləyirik, onların da gəlirləri Azərbaycan manatındadır. Nəzərə alsaq ki, kredit götürən müştərilərimizin 37%-i ticarət və xidmət sektorundan, 19%-i istehsal və tikinti sektorundan olan şirkətlərdir. Bu şirkətlərin də gəlirləri milli valyutadadır. Buna görə kredit portfelimizin 50%-i manat kreditləridir. Həmçinin PAŞA Bankın daha çox kredit verdiyi sektorlar son iqtisadi proseslərdən daha az mənfi təsir görmüş sahələrdir. Bu da Bankımızın stabil fəaliyyət göstərməsinin səbəblərindən biridir”,- Xəyalə Nağıyeva bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)







