116 dövlət əmlakı öz sahibini axtarır - YENİ HƏRRAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 160 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Ağcabədi Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 100 min manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, Yevlax, Biləsuvar, Siyəzən, Qazax, Ağstafa, Mingəçevir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 556 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsidir. Adı çəkilən əmlak 99 min manata təklif edilir. Torpaq sahəsi 6 min 500 kv.m-ə, ümumi faydalı sahəsi isə 800 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkirdə yerləşən Çörək mağazası və Mingəçevir şəhərində yerləşən 138 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kv.m-ə, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır.
Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 60-ı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 80 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 34 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2700 manat təşkil edir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 36 kv.m-ə yaxın, ilkin start qiyməti 4 min 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1127 manatla 4 min manat arasında dəyişir. 2007-ci il istehsalı olan KİA Sportage markalı avtomobilin ilkin start qiyməti 4 min manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2669
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
2 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
4 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
4 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir













.jpg)







