"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
"İranın hər tərəfində körpülərin və elektrik stansiyalarının yerlə-yeksan olduğunu görəcəksiniz”. "Razılaşma əldə olunması üçün yaxşı şans da var. Hazırda danışıqlar davam edir".ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamına (7 aprelə - red) işarə edərək “Hörmüz boğazı açılmasa, İranın enerji infrastrukturunu və körpülərini hədəf alacağıq” deyib.
Marja.az-ın məlumatına görə, İran tərəfi isə xəbərdarlıq edib ki, ABŞ hücum təhdidlərini həyata keçirərsə, Babül-Məndəb boğazı da bağlanacaq. ABŞ mətbuatına danışan Tramp, İranla razılaşma əldə olunmasa “hər şeyi havaya uçurmağı düşündüyünü” bildirib. İsrail Təhlükəsizlik Kabinetinin isə bu axşam toplanacağı bildirilib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran rəhbərliyi tez bir razılaşma əldə etməzsə, İranda “hər şeyi havaya uçurub nefti ələ keçirməyi” düşünür. Tramp "Fox News" telekanalına telefonla verdiyi açıqlamada İranla razılaşmanın baş tutmaması halında ölkəyə qarşı hücum planlarına toxunub.
ABŞ Prezidentinin İranla bağlı olaraq, “Tez bir razılaşma əldə etməzlərsə, hər şeyi havaya uçurmağı və nefti ələ keçirməyi düşünürəm. Ölkələrinin (İranın - red) hər tərəfində körpülərin və elektrik stansiyalarının yerlə-yeksan olduğunu görəcəksiniz” ifadələrini işlədib.
ABŞ-ın Tehran rəhbərliyi ilə razılaşma əldə edə biləcəyi də qeyd olunan xəbərdə, Trampın “Düşünürəm ki, sabah üçün yaxşı şans var; hazırda danışıqlar davam edir” deyib.
Xəbərdə qeyd olunur ki, ABŞ Prezidenti Tramp İranda küçələrə çıxan 45 min müxalifin İran hakimiyyəti tərəfindən öldürüldüyünü iddia edib, bu müxaliflərə dəstək məqsədilə silah göndərdiyini, həmin silahların kürdlər vasitəsilə çatdırıldığını və kürdlərin bu silahları hələ də əllərində saxladıqlarını düşündüyünü bildirib.
ABŞ Prezidenti Donald Tramp İranın bir Amerika təyyarəsini vurmasından sonra sosial media hesabında etdiyi son paylaşımlarda ifadələrini daha da sərtləşdirərək Hörmüz boğazı açılmadığı təqdirdə İrana qarşı böyük hücum başlayacağını vurğulayıb.
Tramp 7 aprelin İranda “Elektrik Enerjisi Stansiyası və Körpü günü” olacağını bildirərək, “Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız” xəbərdarlığını edib və paylaşımında “Tanrıya şükür” ifadəsini işlədib.
“Çərşənbə axşamı İranda həm elektrik stansiyalarına, həm də körpülərə yönəlmiş hücumların baş verəcəyi gün olacaq – hamısı bir gündə. Bunun misli-bərabəri olmayacaq! O lənətə gəlmiş boğazı açın, ey ağılsızlar, əks halda cəhənnəmi yaşayacaqsınız – sadəcə izləyin! Allaha şükür olsun.”
ABŞ-ın Bağdad səfirliyi bildirib ki, İrana yaxın iraqlı qruplar dünən gecə ölkədəki ABŞ diplomatik missiyalarına iki ayrı hücum təşkil ediblər.
Açıqlamada son həftələrdə İraq ərazisindən Amerika vətəndaşlarına, qonşu ölkələrə, İraq dövlət qurumlarına və mülki şəxslərə qarşı yüzlərlə hücum həyata keçirildiyi, bu hücumların İraq Kürd Regional Hökuməti daxil olmaqla müxtəlif bölgələrdə baş verdiyi bildirilib.
ABŞ-ın İraq hökumətinə dəfələrlə müraciət edərək Amerika obyektlərinə hücumların dayandırılmasını və qrupların İraq ərazisini hücum məqsədilə istifadə etməsinin qarşısının alınmasını tələb etdiyi qeyd olunub.
Bildirilib ki, İraq hökuməti öhdəliklərini yerinə yetirməzsə, ABŞ öz personalını və obyektlərini müdafiə etməkdən çəkinməyəcək.
Açıqlamada həmçinin İraqdakı ABŞ diplomatik missiyalarına hücumlara görə məsul şəxslərin və ya qrupların kimliyi və ya yerlərinin müəyyən edilməsinə kömək edəcək məlumatlar üçün 3 milyon dollara qədər mükafat veriləcəyi də elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
20 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
36 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)







.jpg)







