Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Rusiya Prezidenti Vladimir Putin ölkədən 100 qramdan artıq külçə qızılın çıxarılmasını qadağan edib. Putinin təsdiqlədiyi fərman ölkənin rəsmi hüquqi informasiya sistemində dərc olunub.
Qərara əsasən, həm şirkətlərin, həm də fiziki şəxslərin çəkisi 100 qramdan artıq olan külçə qızılı xaricə çıxarması qadağandır.
Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabr ayında ilk dəfə 300 milyard dolları keçib və ölkənin beynəlxalq ehtiyatları içərisində qızılın payı 40 faizdən yuxarı qalxıb.
Bildirilir ki, Moskva Birjası (MOEX) nəzdində fəaliyyət göstərən qiymətli metallar bazarında ümumi əməliyyat həcmi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 3 trilyon rublu (təxminən 38 milyard ABŞ dolları) ötüb.
Analitiklərə görə, bu qərar Rusiyanın qızıl ehtiyatlarını ölkə daxilində saxlamaq, maliyyə sabitliyini gücləndirmək, qlobal geosiyasi risklər fonunda strateji ehtiyatları artırmaq məqsədlərinə xidmət edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























