Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların fişinq hallarından qorunması üçün yeni sistemin tətbiqinə hazırlaşır.

Bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib.

"​Kimsə zəng edib hansısa bankın müştərisi olan vətəndaşın adından yeni kredit götürmək istəsə, özünəqadağa sistemi işə düşəcək. Yəni, banka hər hansı məlumatlar təqdim edilsə belə, özünəqadağa varsa maliyyə fırıldaqçısı o qadağanı aradan qaldırmalı olacaq. Bunun üçün isə bir neçə saat lazım olacaq. Bu müddət isə vətəndaşa imkan verəcək ki, banka zəng edib kartını bloklasın və yaxud bildirsin ki, əməliyyat mənə aid deyil", - o qeyd edib.

AMB rəsmisi əlavə edib ki, hazırda maliyyə fırıldaqçıları lazımi məlumatları öyrəndikdən dərhal sonra həmin vəsaiti çıxarıb aparır: "Amma özünəqadağa olandan sonra vəsaiti dərhal, bir dəfəyə çıxarmaq mümkün olmayacaq. Yəni, vətəndaş özünə kredit götürməyə qadağa qoyubsa, ilk növbədə bu qadağa aradan qaldırılmalıdır. ​Yəni bir şəxs iki dəfə məlumatlarını verməlidir ki, onun vəsaitini çıxara bilsinlər. Bu da ən azı bir neçə saat çəkəcək. Odur ki, fişinq hallarının sayı azalacaq. Yenə də maarifləndirmə təbii ki ən sağlam yoldur, amma daha uzun müddət tələb edir. Amma bu tip alətlərlə də ən azından fırıldaqçılıq hallarının sayını aşağı salacağıq".

İş elanları AzVak.az-da

© "Report"

04.03.2026 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18