"Əsas alıcılarımız Səudiyyə Ərəbistanı, İran, BƏƏ ola bilər"
Müasir dövrdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri idxal-əmtəə strukturunu təkmilləşdirməkdir. Yəni, bu gün ölkə daxilində kifayət dərəcədə infrastruktur, təbii-iqlim və sair amillər baxımından əlverişli şəraitə baxmayaraq, bəzi məhsulları idxal edirik. Bu, paradoks deyil. İqtisadi nəzəriyyənin qanunlarından çıxış etsək deyə bilərik ki, idxal istehsaldan fərqli olaraq daha az xərc tələb edir və vaxt baxımından qısa müddətdə əmtəə və pul bazarında tarazlıq yaradır. Lakin əsas paradoks burada yaranır. Milli valyutanın ucuzlaşması fonunda belə siyasətin aparılmasını məqsədəuyğun hesab etmək olmaz. Nəticədə təkcə bu məhsulların idxalı qismən olsa da manatın dəyərinə mənfi təsir göstərir, ixracatçı ölkənin valyutasının dəyəri isə əksinə, artır.
Bunu müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.
Çəltik və çay istehsalının artması aqrar sektorun xarici ticarət effektini əhəmiyyətli şəkildə yüksəldə bilər
Müsahibimiz qeyd edib ki, 2016-cı ildə Azərbaycandan 31,8 milyon ABŞ dolları dəyərində düyü idxal olunub. Çay idxalına görə isə 38,5 milyon dollar dəyərində xarici valyuta ölkəmizdən çıxıb. Eyni zamanda, ötən il 243,4 milyon dollar dəyərində meyvə ixrac olunub. İdxal isə 63,6 milyon dollar təşkil edib. Göründüyü kimi, çəltik və çayçılıqda istehsalın artması, özümüzü təmin etmə səviyyəsinin yüksəlməsinə müsbət təsir edərək, kənd təsərrüfatının xarici ticarət effektini əhəmiyyətli şəkildə artıra bilər. Bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarına yönəlmiş subsidiya siyasəti dövlət büdcəsinə elə də böyük təsir göstərməyəcək.
“Bu baxımdan sentyabrın 12-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması təkcə qeyd olunan sahələrin inkişafına deyil, ümumilikdə, ölkəmizin makroiqtisadi sabitliyinə xidmət edir. Təbii ki, yuxarıda qeyd etdiyim vəziyyət, əsasən idxalın azaldılması siyasətini əks etdirir və müvafiq sənəd məhz bu hədəfə yönəlib. Sərəncamda aidiyyəti strukturlara verilən tapşırıqların icrası sitrus meyvələrinin, çay və çəltiyin ixrac potensialının artmasına da mühüm təsir göstərəcək”, - deyə M.İbrahimov bildirib.
Səudiyyə Ərəbistanı, İran, BƏƏ düyü ixracı üçün əsas bazarlar ola bilər
Hazırda 136 ölkə dünya bazarına düyü ixrac edir. Ötən il həmin ölkələr düyü ixracından təxminən 30 milyard dollar qazanc götürüblər. Bu barədə danışan mütəxəssis qeyd edib ki, əksər ölkələrdə kənd təsərrüfatının istehsal strukturunda çəltik əsas yer tutur. Ona görə də bu məhsulu istehsal etdiklərinə baxmayaraq, həmin ölkələr dünya bazarında həm ixracatçı, eyni zamanda, idxalçı qismində daim çıxış edəcəklər. Çəltik istehsalı üçün tələb olunan bütün iqlim və torpaq kimi əlverişli amillərə malik olan hər hansı bir ölkə bazara maneəsiz daxil ola bilər. Lakin bu bazarda güclü rəqabət olduğu üçün ilkin olaraq lazımi tədbirləri həyata keçirməyə ehtiyac var. Qeyd etmək yerinə düşər ki, 2016-cı ildə Azərbaycana, ümumilikdə, 345,3 milyon dollar məbləğində dənli bitkilər idxal olunub, ixrac isə yalnız 2,7 milyon dollar təşkil edib. Çəltiyin istehsalı, sonra isə düyü ixracı hesabına bizim əsas alıcılarımız Səudiyyə Ərəbistanı, İran, BƏƏ ola bilər. Bu ölkələr hər il təxminən 2,5-3 milyard dollar düyü idxal edirlər. Çəltiyin emalı və əmtəə vəziyyətinə çatdırılması prosesi mürəkkəb olduğuna görə burada istehsalla bərabər, emal sahəsini də inkişaf etdirməyə ehtiyac var.
Prezidentin Sərəncamı rayonların əkin strukturuna da müsbət təsir göstərəcək
İqtisad elmləri doktoru deyib: “Prezidentin Sərəncamına əsasən 12 rayonda sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq, əkinəyararlı torpaqların müəyyən olunması və təsərrüfat subyektlərinə ayrılması, ümumilikdə, rayonların əkin strukturuna əhəmiyyətli dərəcədə müsbət təsir edəcək. Bundan başqa, yerli və xarici çəltik sortlarının sınağının təşkili, seleksiya işlərinin aparılması bu sahəyə elmi əsaslandırılmış yanaşmanı inkişaf etdirəcək.
Sərəncama əsasən çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil olunması üçün çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması nəzərdə tutulub. Nəzərə alsaq ki, bu tipli assosiasiyalar kənd təsərrüfatı kooperativlərinin üçüncü səviyyəsini təşkil edir, deməli, artıq dövlət məhz bu sahədə kooperativ tipli təsərrüfat formalarının inkişafına start verir. Bu, çəltikçiliklə yanaşı, qeyd olunan digər sahələrin də gələcək inkişafında əhəmiyyətli rol oynayacaq”.
© Azərtac
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
1 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
-
2 saat əvvəl
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
-
2 saat əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Noyabrın 18-də gözlənilən hava şəraiti
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Ən çox oxunanlar
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Rəsmi məzənnələr açıqlandı
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi


















.jpg)


.jpg)


