Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək

02 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidməti "Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” həyata keçirəcəkdir
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”ndə həyata keçirilir.

Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət  02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaqdır.

Yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək həyata keçiriləcəkdi

Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC tərəfindən həyata keçirilməsi davam edəcəkdir.

Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na (https://e-qanun.az/framework/45796) uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.

milli pul nişanları pulun dəyişdirilməsi yubiley pul nişanları xatirə pul nişanları onlayn satış sistemi nağd pul ofisi ərazi idarələri Yevlax Ehtiyat Mərkəzi Biləsuvar Regional Mərkəzi Naxçıvan Muxtar Respublikası İdarəsi 02 mart 2026 operator banklar Azərbaycan Beynəlxalq Bankı ASC Kapital Bank ASC ödənişsiz xidmət Rəşid Behbudov küçəsi 90 investisiya pul nişanları satış və geri alış Bank of Baku ASC TuranBank ASC pul nişanlarının ekspertizası tədavülə yararsızlıq əlamətləri bank filialları poçt rabitəsinin milli operatoru
16.02.2026 10:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18