Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib.
Yanvarın 21-də keçirilən iclasda “Roblox” oyun platforması ilə bağlı müraciətlər, bu məsələ ilə bağlı görüləcək işlərə dair yekun qərarın verilməsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də uşaqların zərərli informasiyadan qorunması məqsədilə aparılan monitorinqlərin nəticələri müzakirə olunub.
Ekspert Şurasının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ötən il ərzində uşaqların informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İclasın gündəliyində duran əsas məsələlərdən biri kimi “Roblox” oyun platformasının uşaqlar arasında geniş yayılmasının ciddi narahatlıq doğurduğu, bu barədə aidiyyəti qurumlara çoxsaylı müraciətlərin daxil olduğu və konkret tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib.
Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Ekspert Şurasının üzvləri – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimləmə sektorunun baş məsləhətçisi Fatimə Eyyub, Audiovizual Şuranın Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı, Ekspert Şurasının katibi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə, Mədəniyyət Nazirliyinin Film, video və videooyunlar sektorunun əməkdaşı Fərid Bağırov və müstəqil ekspert kimi pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova çıxış edərək təkliflərini səsləndiriblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
24 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı












.jpg)






