1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Məlum olduğu kimi, 20 yanvar 2026-cı il tarixdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunmuşdur. Bildirmək istəyirik ki, qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınmışdır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 20 yanvar 2026-cı il tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığorta növü, 4-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 366 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 254 min 435 manat həcmində müəyyənləşdirilib. Qalan 118 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 400 min manat yaxın olacağı ehtimal edilir.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 67 %-i paytaxt Bakıda, 33 %-i isə respublikamızın digər bölgələrində qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























