Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
ABŞ Prezidenti Donald Tramp 2027-ci il üçün müdafiə büdcəsinin 1,5 trilyon dollar olması lazım olduğunu bildirərək, “Bu, uzun zamandır haqq etdiyimiz, xəyalımızdakı ordunu qurmağımıza imkan verəcək və düşmənimizin kim olmasından asılı olmayaraq bizi təhlükəsiz edəcək” deyib.
Marja xəbər verir ki, Tramp ABŞ mərkəzli Truth Social hesabında paylaşım edərək Amerika ordusunun büdcəsi ilə bağlı açıqlama verib.
Açıqlamasında Tramp, “Senatorlar, Konqres üzvləri və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra, ölkəmizin xeyri naminə, xüsusilə də bu çox çalxantılı və təhlükəli dövrlərdə, 2027-ci il hərbi büdcəmizin 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olması lazım olduğuna qərar verdim” ifadələrini işlədib.
Sözügedən büdcə fərqinin gömrük tariflərindən əldə ediləcək gəlirlər hesabına qarşılanacağını müdafiə edən Tramp, “Bu, uzun zamandır haqq etdiyimiz, xəyalımızdakı ordunu qurmağımıza imkan verəcək və düşmənimizin kim olmasından asılı olmayaraq bizi təhlükəsiz edəcək” açıqlamasını edib.
Tramp bildirib ki, qeyd olunan müdafiə büdcəsinə çatacaqları təqdirdə “bənzərsiz bir hərbi güc” formalaşdıra bilərlər.
Dünyada ən yüksək müdafiə xərcləri edən ölkə olan ABŞ, 2026-vı maliyyə ili üçün 901 milyard dollarlıq müdafiə büdcəsini qəbul etmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















