Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb.
Görüşdə “ACWA Power” şirkəti Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisi olduğu vurğulanıb.
Hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.
Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)








