Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
(®) Birbank Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müştərilərinin alış-veriş təcrübəsini daha da sərfəli edəcək kampaniyaya start verir.
29 dekabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində bütün növ Birbank taksit kartı sahiblərinə partnyor mağazalarda etdikləri ödənişləri heç bir komissiya olmadan daha uzun müddətə bölmək və əlavə xərclərdən azad olmaq imkanı yaradılır.
Kampaniyanın şərtlərinə əsasən, qeyd olunan tarixlərdə Birbank-ın geniş partnyor şəbəkəsində taksitlə alış-veriş zamanı seçilən müddətin üzərinə bank tərəfindən avtomatik olaraq 3 ay hədiyyə edilir. Məsələn, müştəri geyim mağazasında ödənişi 2 aya bölmək istədikdə bu müddət 5 aya, elektronika mağazasında 12 ayı seçdikdə isə 15 aya qədər uzadılır ki, bu da aylıq ödəniş yükünü əhəmiyyətli dərəcədə azaldır. Üstəlik bu zaman heç bir komissiya tətbiq edilmir.
Hər bir müştərinin məhdudiyyətsiz sayda yararlana biləcəyi bu kampaniya, bayram alış-verişini həm partnyorlar, həm də kart sahibləri üçün daha rahat və əlçatan etmək məqsədi daşıyır.
Ətraflı məlumat üçün link: https://www.b-b.az/tfoQxM
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur

























