Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Dr. Selçuk Demir: Banklar layihələri yalnız kreditlərin geri qaytarılması prizmasından qiymətləndirmir.(®) 23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya mühitinin inkişafı və biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olub. Forumun baş sponsorlarımdan biri qismində çıxış edən Ziraat Bank Azərbaycan, tədbirdə maliyyə sektorunun investisiya proseslərindəki strateji rolunu ön plana çıxarıb.
Forum çərçivəsində maliyyə sektorunun iştirakı ilə təşkil olunan panel sessiyalarında müasir investisiya maliyyələşməsi yanaşmaları, risklərin idarə olunması, layihələrin düzgün strukturlaşdırılması və dayanıqlı maliyyə modelləri ətrafında geniş müzakirələr aparılıb.
Biznesə maliyyə və sığorta dəstək mexanizmlərinə həsr olunmuş panel sessiyasında çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir bildirib ki, bu gün investisiya layihələrinin uğuru təkcə maliyyə mənbələrinin mövcudluğu ilə deyil, düzgün planlaşdırılmış maliyyə strukturu, sağlam təşkilati model və davamlı pul axını ilə müəyyən olunur.
Onun sözlərinə görə, müasir investisiya anlayışında əsas sual “maliyyəni haradan tapmaq” deyil, “maliyyəni necə qurmaq lazımdır ki, layihə uzunmüddətli olsun” yanaşmasıdır. Dr. Selçuk Demir vurğulayıb ki, düzgün strukturlaşdırılmamış layihələr ən güclü maliyyə dəstəyi şəraitində belə arzu olunan nəticəni verməyə bilər.
Panel zamanı bankların investisiya layihələrinə yanaşmasından danışan Dr. Selçuk Demir qeyd edib ki, banklar layihələri yalnız kreditlərin geri qaytarılması prizmasından qiymətləndirmir. Layihələr: iqtisadi səmərəlilik, bazar potensialı, risklərin balanslı idarə olunması, davamlı pul axını, məşğulluğa və ölkə iqtisadiyyatına töhfə, uzunmüddətli inkişaf imkanları kimi meyarlar əsasında kompleks və sistemli şəkildə təhlil olunur.
Çıxışda investisiya layihələrinin icra müddətinin və təşkilati strukturunun düzgün qurulmasının da xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, zamanın effektiv idarə olunmaması layihə xərclərinin artmasına, maliyyə yükünün ağırlaşmasına və risklərin yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan investisiya layihələri üçün mərhələlər, resurs ehtiyacı və icra təqvimi əvvəlcədən dəqiq müəyyən edilməlidir.
Dr. Selçuk Demir forum çərçivəsində dövlət–bank–biznes əməkdaşlığının investisiya mühitinin gücləndirilməsində oynadığı rol da xüsusi vurğulanıb. Dövlət fondları, zəmanət mexanizmləri, faiz subsidiyaları, eləcə də sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə yaradılan stimulların investisiya proseslərini sürətləndirdiyi qeyd olunub.
Ziraat Bank Azərbaycanın tərəfdaşlığı ilə keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı investisiya imkanlarının artırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycan və Türkiyə biznes dairələri arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına və real investisiya layihələrinin təşviqinə töhfə verib.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin,YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
-
25 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
32 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
35 d. əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 53 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
-
1 saat əvvəl
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO






.jpg)
.jpg)







.jpg)






