“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
"Ən azı ilin sonunadək keçid dövrünün tətbiqi bazarda olan məhsulların mərhələli şəkildə realizə olunmasına, bizneslərin digər sahələrə uyğunlaşmasına və iş yerlərinin qorunmasına imkan verər".Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlərin sahibkarları, bu siqaretlərlə bağlı qanun layihəsi fonunda Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Milli Məclisin rəhbərliyinə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edirlər.
Azərbaycanda elektron siqaretlərin dövriyyəsinin tam qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması bu siqaretlərin idxalı və satışı ilə məşğul olan sahibkarlar arasında ciddi narahatlıq yaradıb. Müzakirələrin gedişində sağlamlığın qorunması ilə bağlı dövlətin mövqeyi anlayışla qarşılanır və sahibkarlar bu yanaşmanı dəstəklədiklərini açıq şəkildə bildirirlər.
Eyni zamanda, bazarda fəaliyyət göstərən sahibkarlar hesab edirlər ki, elektron siqaretlərin tam qadağan edilməsi əvəzinə, beynəlxalq təcrübəyə uyğun olaraq ciddi və effektiv tənzimləmə mexanizmlərinin tətbiqi həm ictimai sağlamlığın qorunmasına, həm də iqtisadi sabitliyə daha müsbət təsir göstərə bilər.
Sahibkarların bildirdiyinə görə, hazırda ölkədə elektron siqaret bazarı əsasən leqal fəaliyyət göstərir, idxal və satış zamanı aksizlər, gömrük rüsumları və vergilər tam şəkildə ödənilir. Bu sahədə yüzlərlə sahibkarlıq subyekti fəaliyyət göstərir və təxminən 2000 nəfərə yaxın insan bu sektor hesabına işlə təmin olunub.
Qanun layihəsində nəzərdə tutulan 1 aprel tarixi isə real bazar şərtləri baxımından kifayət qədər qısa müddət hesab olunur. Sahibkarlarla aparılan müzakirələr göstərir ki, mövcud anbar ehtiyatlarının və artıq sifariş edilərək yolda olan malların dövriyyədən çıxarılması üçün bu müddət yetərli deyil. Bir çox sahibkar məhsulları kredit və uzunmüddətli öhdəliklər hesabına əldə edib və qəfil qadağa onların ciddi maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb ola bilər.
Sahibkarlar vurğulayırlar ki, ən azı ilin sonunadək keçid dövrünün tətbiqi bazarda olan məhsulların mərhələli şəkildə realizə olunmasına, bizneslərin digər sahələrə uyğunlaşmasına və iş yerlərinin qorunmasına imkan verər. Əks halda, kütləvi müflisləşmə riski, bank sektorunda problemli kreditlərin artması və əmək bazarında gərginlik yarana bilər.
Beynəlxalq təcrübə göstərir ki, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və ABŞ elektron siqaretlərlə bağlı tam qadağa yolunu deyil, sərt nəzarət və tənzimləmə modelini seçiblər. Bu modelə yaş məhdudiyyətləri, lisenziyalaşdırma, yüksək aksiz dərəcələri, məhsul standartları və effektiv nəzarət mexanizmləri daxildir. Nəticədə həm gənclərin qorunması təmin olunur, həm də leqal bazar saxlanılır.
Sahibkarlar hesab edirlər ki, Azərbaycanda da oxşar yanaşmanın tətbiqi daha balanslı və dayanıqlı həll yolu ola bilər. Bu, dövlət büdcəsinə vergi daxilolmalarının davamlılığını qoruyar, eyni zamanda qeyri-leqal bazarın formalaşmasının qarşısını alar.
Bu baxımdan sahibkarlar Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və Milli Məclisin rəhbərliyinə müraciət edərək qanun layihəsinə yenidən baxılmasını, tam qadağa əvəzinə sərt tənzimləmə modelinin və ya ən azı keçid dövrünün nəzərdən keçirilməsini xahiş edirlər.
Sahibkarlar əmindirlər ki, dövlət orqanları ilə açıq dialoq və qarşılıqlı anlayış əsasında həm ictimai sağlamlığı, həm də iqtisadi sabitliyi qoruyan optimal qərar qəbul edilə bilər.
Müraciət edirlər: "Mana Group" MMC, "Elux Group" MMC, "Pro Vape" MMC, "STM Smok" MMC, "My Vape" MMC, "İnar Group" MMC, "Camel Trading" MMC, "Z1" MMC və "Estm Smok" MMC
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























