Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şüşə fincanlarda təhlükəli metallar - “Sevinc Mall”dakı “Sinsay” mağazasından fincanlar götürüldü - ƏHALİYƏ ÇAĞIRIŞ EDİLDİ

Şüşə fincan qalmaqalı Azərbaycana sıçradı - “Sinsay” mağazasından götürüldü, əhaliyə çağırış edildi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Şüşə fincanlarda təhlükəli metallar - “Sevinc Mall”dakı “Sinsay” mağazasından fincanlar götürüldü - ƏHALİYƏ ÇAĞIRIŞ EDİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Reklam_3_11

Bildirilib ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib.

"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.

Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.

Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda deyilir.

15.12.2025 18:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18