"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
""Olivea" zeytun yağı beynəlxalq testlərdə lider markalar sırasında yer alıb. Həmçinin bu il ilk dəfə olaraq badam sahələrimizdə həm rekord həcmdə, həm də yüksək keyfiyyətdə məhsul əldə etmişik""Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri Azər Aslanov ilə söhbət.
- İlk öncə sizi təbrik etmək istəyirəm. "Olivea" zeytun yağının Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar arasında yer alması böyük uğurdur.
- Təşəkkür edirəm. Bu, bizim üçün son dərəcə önəmli və qürurverici bir nailiyyətdir.
-Bu uğurun əsasında nə dayanır?
- Bildiyiniz kimi, "Grand Agro" mərkəzi Avropa, keçmiş MDB məkanı və Cənub-Şərqi Asiya regionunda ən böyük zeytun bağlarına sahib şirkətdir. Bizim üçün hər bir uğur təsadüfi hadisə deyil, uzunmüddətli strategiya və planlı prosesin nəticəsidir.
Keyfiyyət istiqamətində ərsəyə gətirdiyimiz bu nəticə təkcə Rusiya Keyfiyyət Sisteminin qiymətləndirməsi ilə məhdudlaşmır. 2025-ci ildə İngiltərə, BƏƏ və Kanadada keçirilən nüfuzlu zeytun yağı keyfiyyəti üzrə müsabiqələrdə də "Olivea" markası qızıl medallarla təltif olunmuşdur.
Bu uğurların bünövrəsində isə son iki il ərzində yüzlərlə əməkdaşımızın zəhməti dayanır. Bu, kompleks qərarların, elmi əsaslı aqrotexniki tədbirlərin, istehsalat prosesinə ciddi nəzarətin və ən müasir texnologiyaların tətbiqinin nəticəsidir. Məhsulun keyfiyyəti bizim dəyişməz prioritetimizdir və "Olivea" bu siyasətin bariz nümunəsidir.
- Bu nailiyyət ölkə iqtisadiyyatı üçün hansı önəmi daşıyır?
- İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan qida məhsullarının premium seqmentdə aparıcı Avropa markaları ilə eyni səviyyədə, bəzi hallarda isə daha yüksək nəticələr göstərməsi ölkəmizin brend dəyərinə ciddi töhfə verir. Bu uğur göstərdi ki, Azərbaycan istehsalı olan yüksək keyfiyyətli məhsullar beynəlxalq bazarlarda rəqabətədavamlıdır və müstəqil keyfiyyət testlərində liderlik edə bilir.
Bu nəticə həm də ölkəmizin aqrar-sənaye potensialına, xüsusilə də zeytunçuluq sektoruna olan inamı daha da artırır. Xarici bazarlarda tanınma və etibarın yüksəlməsi ixrac imkanlarını genişləndirir, yeni bazarlara çıxışı asanlaşdırır və ölkəyə əlavə valyuta axını yaratmaqla iqtisadiyyata müsbət təsir göstərir.
Eyni zamanda, bu kimi nailiyyətlər yerli istehsala, innovasiyalara və kənd təsərrüfatında modern idarəetmə modellərinə olan marağı artırır, nəticədə sektorda ümumi inkişaf dinamikasını gücləndirir.
- Azərbaycanda buna oxşar bir araşdırma daha öncə aparılıbmı?
- Təəssüf ki, xeyr. Bu günə qədər ölkəmizdə zeytun yağı üzrə genişmiqyaslı, beynəlxalq standartlara əsaslanan müstəqil keyfiyyət araşdırmaları həyata keçirilməyib. Baxmayaraq ki, bu sektorda fəaliyyət göstərən və bizimlə yanaşı yerli məhsul istehsal edən şirkətlər bir neçə dəfə belə təşəbbüslərlə çıxış etmişdilər, müxtəlif səbəblərdən bu cür tədqiqatlar praktik mərhələyə keçməyib.
Ümid edirik ki, əldə etdiyimiz nəticələr və beynəlxalq reytinqlərdə nümayiş etdirdiyimiz uğurlar yerli bazarda da marağı artıracaq və yaxın gələcəkdə Azərbaycanda da oxşar araşdırmaların aparılmasına təkan verəcək. Bu, həm istehsalçılar, həm istehlakçılar, həm də ümumilikdə sektor üçün çox faydalı olardı.
- Bildiyimizə görə bu il "Grand Agro" badam üzrə də mühüm nailiyyətlər əldə edib. Bu barədə məlumat verə bilərsinizmi?
- Bəli, tamamilə doğrudur. Bu il ilk dəfə olaraq badam sahələrimizdə həm rekord həcmdə, həm də yüksək keyfiyyətdə məhsul əldə etmişik. Bu nəticə uzunmüddətli aqrotexniki strategiyamızın, düzgün sort seçiminin, suvarma və gübrələmə sistemlərinin optimallaşdırılmasının, eləcə də komandamızın böyük zəhmətinin birbaşa bəhrəsidir.
Badam bağlarımızda tətbiq etdiyimiz müasir aqrar texnologiyalar və idarəetmə metodları məhsuldarlığı əhəmiyyətli dərəcədə artırdı və nəticədə bazar tələblərinə uyğun, ixrac potensialı yüksək olan məhsul əldə olundu. Bu nailiyyət həm şirkətimiz, həm də ölkənin bağçılıq sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
"Olivea" zeytun yağının beynəlxalq testlərdə lider markalar sırasında yer alması və badam istehsalında əldə etdiyimiz rekord nəticələr "Grand Agro"nun qeyri-neft sektorunun inkişafına verdiyi mühüm töhfənin göstəricisidir. Biz Azərbaycan məhsullarını dünya bazarında daha da tanıtmaq və ölkəmizin aqrar potensialını yüksəltmək üçün ardıcıl şəkildə çalışacağıq.
Sonda bir daha vurğulamaq istəyirəm ki, uğur hadisə deyil, prosesdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
15 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
15 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
16 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















